Qubadlı-2009

1756

905fa0582c34Nuranə ABBASOVA

2009-cu il… Azərbaycan torpaqlarının 20 %-i hələ də işğal altındadır. Protokollar, sövdələşmələr, get-gəllər öz yerində. Kənardan bu mənzərəni seyr edirəm. Yavaş-yavaş özümü işğal altında olan rayonlardan birinə-Qubadlıya aparıram. Getdim, gördüm, indi isə yazıram. Bir daha təkrar edirəm, 2009-cu ildir və mən Qubadlıdayam. Bu nə xəyaldır, nə də uydurma. Bu, həqiqətən, reallıqdır.

Qubadlı rayonu… Yuxarı Həmzəli, Qaracallı, Sarıtağ (ermənilər indi oranı Saratak adlandırırlar) kəndləri.. Bu kəndlərdə hələ də yaşayış var, belə həyata yaşayış demək mümkündürsə. Təbii ki, 20 ilin ayrılığı, ağırlığı kəndlərdən yan keçməyib. Evlər dağıdılıb, qəbirlər yandırılıb, hələ üstəlik hər qəbirdə bir güllə izi. Bəzilərinin külü göyə sovrulub, bəzilərinin isə “başı bədənindən ayrılıb”. Yeganə təsəlli kimi sümükləri axtarmaq isə… Sümüklərdən də əsər-əlamət yoxdur. Bura istənilən adı vermək olar-xarabalıq, viranxana. Lələ köçüb, yurdu qalıb-dağların, daşların fəryadını, ağaclardakı yarpaqların soyuq, yorğun əsintisini, kəndlərdə hökm sürən qəribə və qorxunc uğultunu hiss etməmək, görməmək qeyri-mümkündür. Bu heç də bədii uydurma deyil, reallığın hətta ifrat dərəcəsidir. Səssizlik, qorxu, küskünlük, fəryad, ah-nalə, qəbirlər – Qubadlıda yaşayan yeganə sakinlərdir. Bu torpaqdan qovulanlar özlərindən sonra orada yalnız bunları qoyub gəliblər. Torpaq doğma insanlarından, insanlar da öz torpaqlarından didərdin düşüb.

Didərginlər- bu mənzərinin, Qubadlının 2009-cu il mənzərəsinin yeganə ifadəsidir. Doğrudur, orada indi ermənilər yaşayır – az və ya çox fərqi yoxdur. Azərbaycanlıların dağıdılmış evlərinin, sökülmüş qəbirlərinin arasında ermənilər yaşayır – fakt budur. Təbiət, qəbirlər, inilti, sızıltı hər nə qədər bu faktları inkar etsə də – Orada Ermənilər Yaşayır! Biz yaşamalı olduğumuz halda!

Şəhidlər Xiyabanı! İşğal altında olan Qubadlıda bu Xiyaban indi də durur. Bu Xiyabanda təkcə Həmzəli, Qaracallı kəndləri yox, bütün Qubadlı dəfn olunub. Rastımıza çıxan latın, kiril hərfləri ilə yazılmış qəbirlər əslində bizim gördüklərimizdən də artıq şeylər danışır bizlərə-Qubadlıya qayıtmayan, qayıtmaq istəməyən vəfasız insanlarına. 20 ildir onları ermənilərlə baş-başa qoyub, qısılmışıq paytaxtın dar küçələrinə, hovuzlu villalarına, “novostroyka”larına. Başı aşağı gəzməli oldugumuz halda, ildən-ilə bayramlarda “gələn ili Qarabağda keçirmək arzusuyla” tostlar deyirik.

Qızlar! Ağ atlı oğlanı gözləməyin! Gəlməyəcək! Çünki indi Qubadlıda-Qarabağda o ağ atı erməni oğlanları çapır. Bəxtinizə düşən Ağ atı 20 il bundan əvvəl itirdiniz. Bu xarabalıqda dağdılmış evlərini axtaran gözü yaşlı xanımlar! Axtarmayın! Tapılmayacaq! Çünki indi o evlərdə ermənilər mal-qara saxlayır.

Yarım saat… Yarım saat ərzində gəzdik bu kəndləri. Onlar bizə yarım əsrlik hadisələri danışdılar-bizim 20 il ərzində danışa bilmədiklərimizin əvəzində. 90-cı ildə Qubadlı necə qoyulubsa, indi də elə o cürdür. Heç nə dəyişməyib orada. Dünya təkcə bizim ətrafımızda fırlanır. İllər təkcə burada dəyişir. Orada isə vaxt, zaman donub. 1993- Qubadlıda zamanın dondugu il. Bundan sonrası olmayıb orada. Orada XXI əsr anlayışı yoxdur. Olmayacaq da. Qubadlı inildəyir! Qubadlı ağlayır! Qubadlı insanlarından küsüb! Düz 20 ildir.

P.S. Bu yazı Moskvada yaşayan azərbaycanlının ermənilərə pullu sifarişi nəticəsində 2009-cu ildə Qubadlıda aparılmış yarım saatlıq çəkiliş əsasında yazılıb

YAZARIN ÖNCƏKİ YAZILARI

Caninin sevgisi
Yuxu
Metro ticarəti
Hazırsanmı?
822, 853, 874 və 884
Səhv düşəndə yerimiz
Həyat dəyişir
İllər görmüşdükmü bu illər kimi…

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • elcin
    Mart 15, 2010 - 22:31

    kimdir müqəssir??? küsən də bizik, küsdürən də.

  • Orxan BSU
    Mart 16, 2010 - 00:25

    :((( Nurane, Allaha and olsun ki, hec bilmirem ne werh yazim… ozun bawa duw de :((((

  • nursefa
    Sentyabr 8, 2011 - 12:32

    salam adim nursefadi men 1997 ci il de terter rayonunda anadan olmusam menim atam qubadli rayonunda anadan olub indi ise rehmete gedim atama soz vermisem ki qubadli ugrunda canimnan da kecmeye haziram alah qoysa insallah mirsedi mirmehemmed aganin ruhunun komeyi ile allah qoysa qayidarik torbagimiza birde xais edirem sumqayit seherinde elemdar abbasov adinda adami kimse taniyirsa bura yazin

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər