Menu
Geri İrəli

“65+” hansı məktəb direktoruna şamil edilmədi?-EKSKLÜZİV

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2012 • Baxış sayı: 689 dəfə • 5 şərh

11 saylı məktəbin deirektoru Ofelya Babayeva təqaüd yaşı çatmasına baxmayaraq öz postunu necə qoruyur?

Artıq ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Sumqayıt şəhərində fəaliyyət göstərən bir çox məktəbdə də yaş məhdudiyyəti ilə bağlı ixtisarlar olub.  İlk təqaüdə göndərilənlər arasında 1 saylı məktəbin direktoru Lətifə Cabbarova, 13 saylı məktəbin direktoru Məhərrəm Məmmədov, 9 saylı məktəbin direktoru Sevil Kamilova, Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin direktoru Minarə Tahirova, 28 saylı məktəbin direktoru Vələt Hacıyev, Sumqayıt şəhəri Orta Ümumtəhsil İnternat Məktəbinin direktoru Tofiq Təhməzov, Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru Məhəmməd Süleymanov, 25 saylı məktəbin direktoru Əvəz Mahmudov və digər 2  Məktəbdənkənar Müəssisənin direktorları Ağabala Ağabalayev və Elbrus Abdulkərimov var idi. Sonradan isə 21 saylı məktəbin direktoru Zakir Əliyev də təqaüdə göndərildi.

Geridə buraxdığımız günlərdə- oktyabrın 1- də  11 saylı məktəbin direktoru Ofelya Babayevanın da 65 yaşı tamam oldu. Yeri gəlmişkən xatırladaq ki, direktor 1947-ci ildə anadan olub. “sumqayitxeber.com” saytına daxil olan məlumata görə 65 yaşı tamam olan Ofelya Babayeva təqaüdə göndərilməyəcək. Mənbənin verdiyi məlumata görə Ofelya Babayevanın təqaüdə göndərilməməsini  onun  “Şöhrət” ordeni ilə təltif edilməsi ilə əlaqələndirirlər. Lakin məlumdur ki, daha öncə təqaüdə göndərilənlər arasında da Şöhrət” ordeni və digər təltivləri olan məktəb direktorları var idi.

“Dövlət qulluğu haqqında” Qanundakı dəyişikliklərdə qeyd olunur ki,
65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Təhsil nazirliyindən mətbuata açıqlamalarda bildirilirdi ki, Azərbaycanın orta məktəblərində 65 yaşı tamam olmuş 3 minə yaxın müəllim və məktəb direktoru çalışır. Lakin orta məktəblərlə öz fəaliyyətlərini davam etdirən 65 yaşlı müəllim və direktorlarla bir il ərzində müqavilə imzalanıb. Yəni 65 yaşı tamam olmuş müəllim və yaxud direktor 1 il müddətində müqavilə əsasında çalışa bilər. Mənbə bildirir ki, Ofelya Babayeva hələ ki müqaviləsiz çalışır.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.

Facebook Şərhləndirmə:

““65+” hansı məktəb direktoruna şamil edilmədi?-EKSKLÜZİV” yazısına 5 cavab

  1. Azər deyir:

    Çıxardıb yerinə kimi gətirəcəklər ? hansısa deputatın qızını yada civisini qoyacaqlar.

  2. meyq deyir:

    hele qoyun pulunu yixsin yoxsa pensiya ile dolanmaq olmur

  3. Samir deyir:

    Uzun iller Sumqayit tehsiline rehberlik etmish boyuk pedaqoqdur,o bundan artigina layiqdi.Ne sherh yazdiginiza fikir verin.

  4. Leyla deyir:

    bele gotursek pensiyaya cixmali o qeder mudirler varki,siz ele ancaq bunu gorursuze/Ofeliya mellime cox telebkar cox mesuliyyetli biridir.bele uzaxdan taniyiram

  5. ilqar deyir:

    11 saylı məktəbin deirektoru Ofelya Babayeva man sizi TABRIK EDIRAM !!

Şərhinizi yazın