Menu
Geri İrəli

ABŞ-ın ən böyük düşmənlərindən biri öldü

Müəllif: Sumqayitxeber.com • Tarix: 16 Avqust 2015 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

38673Pakistanın hərbi kəşfiyyatının keçmiş rəisi general Həmid Qul vəfat edib.

79 yaşlı generalın ölümünə səbəb beyninə qan sızması olub.

Qulun ölümü ilə bağlı Pakistanın Baş naziri Nəvaz Şərif başsağılığı verib.

General Qul İslamçı baxışları ilə tanınırdı və 1987-1989-cu illərdə Pakistan hərbi kaşfiyyatına rəhbərlik etmişdi.

Qul Sovet qoşunlarının Əfqanıstanı işğal etməsindən sonra ABŞ və Səudiyyə Ərəbistanı ilə birlikdə mücahidlərin yetişdirilməsində böyük rol oynamışdı. Məhz həmin mücahidlərin əksəriyyəti Taliban sıralarına qoşuldu.

Generalın istefaya getməsindən sonra o, tez-tez televiziyada Taliban hərəkatının və Kəşmir döyüşçülərinin dəstəkçisi kimi çıxış edirdi.

Çıxışlarının birində 2001-ci ildə Nyu Yorkdakı əkiz qüllələrə edilən hücumu yəhudi fitnəsi adlandırmışdı. 2010-cu ildə BBC-yə verdiyi müsahibəsində Qul demişdi:

“ABŞ artıq tarixdir. Kərzayi artıq tarixdir. Gələcək Talibanladır”.

Bir vaxtlar MKİ-nin müttəfiqi olan Qul sonradan Amerikanın ən böyük düşmənlərindən birinə çevrildi. 2001-ci il 11 sentyabr hadisələrindən sonra o, Üsamə bin Laden və digər cihadçıları açıq şəkildə dəstəkləmişdi.

Mühafizəkar pakistanlılar onu qəhrəman hesab edirdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın