Menu
Geri İrəli

«Azərikimya» İB-nin yeni saytı təqdim olundu_-FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2012 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

 

Bu gün – dekabrın 27-də «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək, istifadə üçün daha çox texniki çeviklik və dinamiklik verilmiş yeni İnternet saytının təqdimat mərasimi keçirilmişdir.

Saytın təqdimat mərasimində Sumqayıt şəhərinin idarə və müəssisələrinin internet saytla­rının, informasiya agentliklərinin nümayəndələri, həmçinin Qafqaz Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan «Azəri­kimya» İstehsalat Birliyinin İcraçı direktorunun  müavini  Xalıq Mustafayev iştirakçıları salamlamış və qeyd etmişdir ki, «Azərikimya» İB-nin öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir ki, sıx əməkdaşlıq etdiyi «Qafqaz» Universitetinin müəllim və tələbə heyətinə etibar etmişdir. Universitetin infor­ma­siya texnologiyaları üzrə gənc mütəxəs­sisləri və tələbələri bu işin öhdəsindən layiqincə gəlmişlər. Natiq bu mühüm əhəmiyyətli, zəngin elmi-texniki bilik və gərgin zəhmət tələb edən işə görə kimyaçılar adından Universitet rəhbərliyinə və yaradıcı qrupun  üzvlərinə “Azərikimya”nın minnətdarlığını bildirmişdir.

Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfin­dən «Azərikimya» İstehsalat Birliyinin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat vermiş və yaradıcı heyətin üzvlərini tədbir iştirakçılarına təqdim etmişdir. Saytın yaradıcıları kimyaçıları maraqlandıran suallara cavab vermişlər.

«Qafqaz» Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında «Qafqaz» Universiteti ilə «Azəri­kimya» İstehsalat Birliyinin qarşılıqlı-faydalı əməkdaşlığından geniş söhbət açmış, bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirmişdır.

«Azərikimya» İstehsalat Birliyinin Müşa­hidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevçıxışında vurğulamışdır ki, bu gün internetin və informasiya texno­logiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-tex­niki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almağa imkan verir.

Birliyin kollektivi yaradıcı heyətə minnətdarlığını bildirərək, yüksək intellektə, texniki düşüncəyə malik geniş perspektivli  gənc müəllimlərin və tələbələrin olmasından qürur duyduqlarını bildirmiş və belə istedadlı gəncləri olan Azərbaycanın daha yüksək uğurlara, qələbələrə nail olacaqlarına böyük inam ifadə etmişdır.

sumqayitxeber.com

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın