Menu
Geri İrəli

Azərbaycanlı iş adamı “Türk Cumhuriyyətlərində İlin Uğurlu İş Adamı” seçildi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2015 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

rafiq6733

Beynəlxalq aylıq iqtisadiyyat və iş dünyası jurnalı Ekovitrin tərəfindən təşkil edilən İlin Ulduzları Mükafatlandırma Mərasimi, 2 İyul 2015–ci il tarixində İstanbul WOW Hotel Convention Centerdə reallaşdırıldı.  Bu il yanvarın 1-dən etibarən başlayan “İlin Ulduzları” sorğsunda 27 müxtəlif bölmə üzrə 81 namizəd yarışırdı. Sorğuda iştirak edənlər bu il Türk Cumhuriyyətlərində “İş Adamı” kateqoriyasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB)  İdarə heyətinin üzvü, “RR” şirkətlər qrupunun rəhbəri Rafiq Qarayevi  “İlin iş adamı” adına layiq görüb.

500-ə yaxın qonağın qatıldığı İlin Ulduzları Mükafatlandırma Mərasiminə Avropa ölkələrindən, Türk Cumhuriyetlerinden, Orta şərqdən və Türkiyədən iş, siyasət, təhsil və sənət dünyasından əhəmiyyətli adları görüşdürdü.

 Türkiyənin ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən
buraxılan “Ekovitrin” aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilmişdir. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan
“Ekovitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində “İlin adamları”nı seçir.
2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avrasiyada ilin siyasət adamı”, 2013-cü ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilib.

 ATİB İDARƏ HEYƏTİNİN ÜZVÜ İLİN İŞ ADAMI ADINA LAYİQ GÖRÜLÜB

rafi1q1 rafiq 3 rafiq55 rafiq66

Facebook Şərhləndirmə:

Şərhinizi yazın