Menu
Geri İrəli

Bakıda bina çökdü: ölənlər var

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2014 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

Heydər Əliyev prospektində aparılan söküntü işləri zamanı uçqun baş verib. 

“Qafqazinfo” xəbər verir ki, metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Binanın həyətə doğru uçurulması planlaşdırılsa da bina  yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir.

Ərazi hazırda uçqundan təmizlənir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA – nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.

Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib. 924c6a8db9b49b1d7545df311661d381

Facebook Şərhləndirmə:

Şərhinizi yazın