Menu
Geri İrəli

Bakıda toyda “Hizbullah”ın bayrağını qaldırdılar – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2015 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

154405“Əziz qardaşım Kamranın toyundan”.

Sosial şəbəkələrdə Bakıda keçirilən toylardan birində çəkilmiş şəkillər müzakirə obyektinə çevrilib.

Oxu.Az xəbər verir ki, toyda iştirak edən bir neçə gənc başları üzərində dünyanın bir çox ölkələrində terror təşkilatı kimi tanınmış “Hizbullah” təşkilatının bayrağını qaldıraraq şəkil çəkdiriblər.

Fotonu Facebookda paylaşan gənc “Əziz qardaşım Kamranın toyundan, Allah xoşbəxt etsin” yazıb.

Qeyd edək ki, Livanda yerləşən “Hizbullah” (ərəbcə – “Allahın partiyası”) Livanda islam dövlətinin yaradılmasının lehinə çıxış edir.

Təşkilat 1982-ci ildə Cənubi Livandakı İsrail hərbi qüvvələri ilə mübarizə aparmaq üçün yaradılıb.

Hazırda təşkilata Həsən Nəsrullah rəhbərlik edir. Təşkilat üzvlərinin Suriya və İraqda İŞİD yaraqlıları ilə mübarizədə iştirak etdiyi bildirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın