Menu
Geri İrəli

Biri türk olmaqla zəhərlənmiş 3 Sumqayıt sakini barədə açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2012 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər sakinləri Əjdər Tağıyev, arvadı Zərnişan və oğlu Vüsal, Türkiyə vətəndaşı Rza Yılmaz evlərində tüstüdən və dəm qazından zəhərlənmə ilə xəstəxanaya aparılıb.

“Sumqayitxeber” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hazıra şəhər sakinləri həkim müayinəsi altındadır.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “sumqayitxeber”ə verilən məlumata görə xəstələr H.Z.Tağıyev qəsəbəsi sakinləridir. Onlardan 2-si Zərnişan Ağayev və Rza Yılmaz stasionar şəraitdə  müalicə edilib, digər iki nəfər isə ambulator müalicəyə qəbul edilib. Xəstələrin vəziyyəti normaldır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın