Menu
Geri İrəli

Depressiya zamanı…

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Günümüzdə depressiya digər təhlükəli xəstəliklər kimi insanların maariflənməsi baxımından aktual mövzulardan biridir.

Günümüzdə depressiya digər təhlükəli xəstəliklər kimi insanların maariflənməsi baxımından aktual mövzulardan biridir.
Məlumata görə depressiya bu xəstəliyə düçar olan şəxslərin bütün hormonal sistemlərinə təsir edir və bədən funksiyalarında pozulmalara səbəb olur.
Bunun qarşısını almaq üçün isə maqnezium, B qrupu vitaminləri, D vitamini, fol turşusu və C vitaminindən istifadənin zəruri olduğu bildirilir. Məlumatdan aydın olur ki, maqneziumun ən yaxşı qaynaqlarına yağlı toxumlar, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər, şokolad və kakao aiddir. B qrup vitaminlərin qaynaqları isə çörəkdən, yağlı toxumlardan, quru paxlalılardan və tam taxıl dənələrindən təşkil olunduğu bildirilir. Qidalara toyuq, balıq və yumurta sarısının da aid olduğu da məlumatlarda öz əksini tapıb. Eyni zamanda heyvani qidalarda olan B12 vitaminin qidalanma proqramında olması əhəmiyyətli hesab olunur. Məlumatda oda bildirilir ki, günəşə məruz qalma dərəcəsi ilə serotonin hormonu (xoşbəxtlik verici hormon) səviyyələri arasında da müsbət bir əlaqə var. D vitamini səviyyəsi isə xroniki yorğunluğa, xüsusiyyətlərdə isə depressiyaya yol aça bilər. Bəzi araşdırmalarda isə depressiyanın omeqa-3 səviyyəsi ilə əlaqəli olduğu göstərilir. Depresiyalı şəxslərdə omeqa-3 yağ turşusu səviyyəsi aşağı olaraq tapılmışdır. Bu səbəbdən yağlı balıqların istifadə edilməsi lazımdır. Troid problemi və ya diabet olan şəxslərin depressiyaya girmə ehtimalının daha çox olduğu unudulmamalı bu səbəblə tərkibində seratonin olan qidaların məsləhətli olduğu bildirilir.

med.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın