Menu
Geri İrəli

Dünyanın iki bəlası – İŞİD və Ermənistan (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

İsrail mətbuatı terror təşkilatı ilə İrəvan rejimini bir-birinə bağlayan əməllərdən yazıb.

İsrailin nüfuzlu “Times of İsrael” nəşrində İŞİDtərəfindən mədəniyyət abidələrinin məhv edilməsi, oxşar aktların Ermənistan tərəfindən də sistematik həyata keçirilməsi barədəməqalə dərc edilib.

ANS PRESS-in məlumatına görə, məqalənin müəllifi İsrael Barouk mədəni təmizləmə məsələlərində İŞİD-in tək olmadığını, eyni aktların Ermənistan tərəfindən Azərbaycana qarşı da həyata keçirildiyini diqqətə çatdırıb.

Məqalədə deyilir: “Radikalizm və ekstremizm bütün etnik, dini azlıqlar üçün dünyəvi, proqressiv və tolerant dövlət olan Azərbaycandan yan keçib və bu ölkənin on illiklərdir ABŞ və İsraillə güclü münasibətləri var. Azərbaycan bu nailiyyətləri ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal altında saxlandığı vaxtda əldə edib. Ermənistan etnik və mədəni təmizləməni təkcə müharibə illərində deyil, atəşkəs vaxtı da həyata keçirir. Bu faktlar dünyanın digər dövlətlərindən olan jurnalistlər tərəfindən də təsdiqlənib.”


İsrailin nüfuzlu “Times of İsrael” nəşrindəki məqalə

Müəllif 2010-cu ildə İsveç jurnalisti Andre Vidmerin Azərbaycanın işğal edilmiş ərazilərini ziyarət etdiyini və erməni işğalçıları tərəfindən Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən abidələrin məhv olunduğunu təsvir edib. Böyük Britaniyanın Qafqaz üzrə tanınmış eksperti Tomas de Vaal isə ermənilər tərəfindən dağıdılmış Ağdamı “kiçik Xirosima” ya bənzədib.

Yazıda vurğulanır ki, Ermənistan hökuməti bir vaxtlar azərbaycanlıların yaşadığı ərazilərdə qədim erməni sivilizasiyası tapmaq, Azərbaycan kəndlərinin adlarını dəyişməklə məşğuldur:

“Necə ki, İŞİD yenidən tarix yaratmaq istəyir, eləcə də işğalçı Ermənistan tarixi faktları bütövlükdə dəyişməyə çalışır. Azərbaycan ərazisinin 20 faizi 1990-ci ildə Azərbaycana qarşı zorakı müharibə həyata keçirilən Ermənistan tərəfindən qanunsuz hərbi işğalı altında qalır. Bu gün etnik təmizləmənin qurbanına çevrilən 800 min yerli Azərbaycan əhalisi işğal olunmuş ərazidən qovulub, rayonlar, kəndlər yerlə-yeksan edilib, mədəni abidələrin dağıdılması hələ də davam edir. 1994-cü ildən elan olunan atəşkəs dövründə də bu proses dayanmayıb, Azərbaycanın yüzlərlə tarixi abidələri, qəbiristanlıqları, ibadət yerləri məhv olunub.”


Palmirada məhv edilən tarixi abidələr

İsrailli jurnalist yazır: “İndi Ermənistan hökuməti əvvəllər azərbaycanlılar yaşayan ərazilərdə “qədim erməni sivilizasiyanın tapmaq” üçün ağır var gücü ilə çalışır. Bundan başqa, Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın varlığını, izini silmək üçün səylə çalışır, bütün Azərbaycan şəhər və kəndlərin adlarını dəyişir. İndi bu yolu İŞİD davam etdirir.Məqalədə bütün antihumanist aktlara baxmayaraq, Azərbaycanın inkişaf və stabillik adasına çevrildiyi diqqətə çatdırılır.

Təbii ki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Burada ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların “qanuni” sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər.


Azərbaycanın xəritəsi

Azərbaycanın işğal altında olan ərazilərini “özəlləşdirdiyini” düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və İslam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılıb.

İşğalçılıq faktından istifadə edilərək abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forma cəhətdən görünüşü tamamilə dəyişərək onun mövcudluğunu şübhə altına alır. Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltaraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın rayonunun Güləbird kəndindəki Azərbaycanın bayatı janrının ustadı Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar.

Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində birinci Qarabağ döyüşlərində fərqlənən erməni terrorçularının xatirələrini əbədiləşdirmək üçün Xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.

Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.

Beynəlxalq təşkilatların təziqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər.

Onlar qəbristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Ağdərə qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıqlar dağıdılmış və minlərlə qəbirlər tanınmaz hala salınıb.



Ermənistan Ağdamı, Şuşa şəhərini və tarixi abidələri belə dağıdır

Təbii ki, İŞİD terror qruplaşmasının və Ermənistan vandallarının növbəti vəhşiliyi dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olmalıdır. Aşağıdakı fotolarda İŞİD döyüşçülərinin Suriyanın Palmira şəhərində qədim heykəlləri necə yerlə-yeksan etdiyini, sındırıldığını görmək mümkündür. Həmin heykəllərin fotoları Palmiranın antik hissəsindəki xarabalıqlardan götürülüb.

Suriyada Hələb şəhərinin qədim hissəsinin 60 faizi döyüşlər zamanı məhv olub. İraqdakı 10 min arxeoloji sahənin 20 faizi də İŞİD-in nəzarətindədir. İŞİD Suriyanın qədim Palmira şəhərini isə bu ilin may ayında ələ keçirib. YUNESKO İŞİD-in Dünya Mədəni İrs Siyahısında olan bu antik şəhərciyi tamamilə məhv edəcəyindən narahatdır. Suriya hüquq müdafiəçiləri bildiriblər ki, İŞİD qruplaşmasının döyüşçüləri Palmiranın xarabalıqları ətrafında piyada minaları və partlayıcı maddə qoyublar. Onlar bununla şəhəri xarabazarlığa çevirər, öz mövqelərini möhkəmləndirirlər.



İŞİD Palmiradakı abidələri belə dağıdılır

Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birgə aparılan araşdırmalar nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində vurulan ziyan ilkin hesablamalara görə, 300 milyard dollardan coxdur və bu məbləğ daha da artacaq.
Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zərurəti yaranır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan törətdiyi cinayətlərə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.

Bir sözlə, İŞİD-in və Ermənistanın tarixə qənim kəsilməsi yolverilməzdir. Bunun qarşısı alınmasa, sabah işğalçılar daha da intensizvləşə, mədəni irsləri yenidən dağıda bilər. İŞİD Suriyada ən qədim izi Palmiranı, İraqda qədim şəhər olan Nimrudu, Ermənistan isə Azərbaycanın qədim tarixi şəhərləri Şuşanı, Ağdamı xarabalığa çevirdi. Bu, tarixi mirasa qarşı edilmiş ən ağır cinayətdir və işğalın acı nəticələridir. Ona görə dünyanın bu son bəlası – İŞİD və Ermənistanın vurulmasının vaxtı çoxdan çatıb.

İŞİD tarixi belə dağıdır
Qarabağda məscidlər dağıdılıb

Facebook Şərhləndirmə:

Şərhinizi yazın