Menu
Geri İrəli

Göygöldə baş verən qəzada bir Türkiyə vətəndaşı ölüb

Müəllif: Sumqayitxeber.com • Tarix: 30 Avqust 2015 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur
41adb3109f99e25fd33e07263f3822b2Üç azərbaycanlı isə ağır bədən xəsarəti alıb

Gəncə. Azər Məmmədli- APA. Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində qeydə alınıb.

“Mercedes”  və “Mitsubishi” maraklı avtomobillərin toqquşması nəticəsində bir nəfər Türkiyə vətəndaşı, 1969-cı il təvəllüdlü İsmayıl Aktaş ölüb, 3 nəfər, Şəmkir rayon Zəyəm kənd sakinləri, 34 yaşlı Anar Xəlilov, 23 yaşlı Ramin Allahverdiyev və 26 yaşlı Elvin Məmmədov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın