Menu
Geri İrəli

Gülər Əhmədovaya güzəşt edilir?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2013 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur
Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdə saxlanılan sabiq millət vəkili Gülər Əhmədovaya keçmiş vəzifəsi ilə əlaqədar ona hər hansı güzəştin edilib-edilməməsinə münasibət bildirib.
Trend  -in məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov çərşənbə günü jurnalistlərə bildirib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, bu məsələdə heç kimə güzəşt edilə və heç kimin imtiyazı ola bilməz.
Qeyd edək ki, Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə kömək etmək üçün onu yalan vədlərlə aldadaraq bir milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Dələduzluq maddəsi təsdiqlənərsə, Əhmədovaya 7-12 il, cinayəti gizlətmə maddəsinə görə isə 2-5 min manat və ya 3 ilədək həbs cəzası verilə bilər.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın