Menu
Geri İrəli

Icra başçısı kimləri tənqid etdi?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 357 dəfə • 1 şərh

Bu gün Sumqayıtda şəhər icra başçısının iştirakı ilə ilin birinci yarısının yekunları ilə bağlı hesabat tədbiri keçirildi.

Bir çox məsələlərin müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin rəhbəri Eldar Əzizov bəzi strukturların rəhbərlərini ciddi şəkildə tənqid etdi.

Təhsil Şöbəsinin müdiri Vaqif Ələkbərovun çıxışı zamanı məlum oldu ki, bu yaxınlarda aparılan sorğu zamanı 9 və 10-cu siniflərdə oxuyan məktəblilərin işğal olunmuş rayonların adlarını bilmədiyi məlum oldu. “Bu, monitorinqi müəlimlər arasında aparmaq lazımdır – görək, onlar özləri bunu bilirmi?! Güman ki, problem müəllimlərin biliklərindədir”.

Səiyyə Şöbəsinin müdirinin çıxışı zamanı da Eldar Əzizov tənqidlərini diqqətə çatdırdı. Sitat: “Kadr problemi var. Bizə şikayətlər çatır, bəzən həkimlər xəstələrə olduqca səhv diaqnozlar qoyurlar. İşinizi düzgün qurmağa çalışın”.

Şəhərin Su-kanal idarəsinin rəisi Əhliman Mansurov Xəzərə axıdılan çirkab suların artıq borulara yığıldığını, ilin sonuna kimi Təmizləyici qurğuya çatdırılacağını qeyd etdi. Kanalizasiya və su problemləri ilə bağlı müraciətlər qeydə alındı, icra başçısı müvafiq tapşırıqlar verdi.

 

 

Facebook Şərhləndirmə:

“Icra başçısı kimləri tənqid etdi?” yazısına bir cavab

  1. Sakin deyir:

    Çox cidi “tənqidlər” olub :) Onun gördüyü işlərə oturub ağlayan lazımdır… Yarıtmaz fəaliyyət!!! Hüyif şəhərimizdən …

Şərhinizi yazın