Menu
Geri İrəli

Köməyə ehtiyacı olan sumqayıtlı ana – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2013 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

Son günlər sosial şəbəkələrdə köməyə ehtiyacı olan Sumqayıtlı ailə ilə bağlı paylaşımlar edilir. Sumqayitxeber.com saytı sosial şəbəkələrdə yayılan bu məlumatı olduğu kimi təqdim edir:

“Sumqayıt şəhəri, 26-cı məhəllədə yaşayan ailə 2 nəfərdən – 54 yaşlı Təzəgül ana və 28 yaşlı oğlu İlqardan ibarətdir. Təzəgül ana yoldaşı dünyasını dəyişdikdən sonra qulluqçuluq etməklə oğlu İlqarın və özünün ehtiyaclarını çətinliklə də olsa ödəyə bilib. İlqarın xəstəliyi isə ailəni daha ağır duruma gətirib. Belə ki, onun hər iki böyrəyi fəaliyyətini dayandırıb. Təzəgül ana oğlunun yaşaması ücün öz böyrəyinin birini ona verməyi qərarlaşdırıb. Və Heydər Əliyev fondunun vastəçiliyi ilə Təzəgül ananın böyrəyi oğlu İlqara köçürülüb.
Əməliyyatdan sonra hər ikisi yataq xəstəsi olduğundan ailənin durumu daha da çətinləşib. Ana və oğulun böyrəyinin bərpası ucun qiymətli dərmanlara ehtiyac var. Bu durumda isə onlar hətta yeməyə belə möhtac haldadırlar. Ailənin yeganə gəliri İlqarın aldığı 50 manat pensiyadan ibarətdir. Qaldıqları mənzil isə bina zirzəmisində yerləşdiyindən divarları daim nəmdir. Ailə qonum-qonşunun və digər xeyirxah insanların köməyinə möhtac vəziyyətdədir.
Dostlar, unutmayaq ki, bu həyat bir sınaqdır və bu ailənin qarşımıza çıxması da bizim növbəti sınaqlarımızdan biridir.Köməklik etmək istəyənlər əlaqə saxlaya bilərlər: (070) 440-32-55, (050) 440-32-55 Elçin…”

P.S Ümid edirik ki, aidiyyatı qurumlar da məsələyə biganə qalmayacaq.
 sum-ana sum-ana222
Facebook Şərhləndirmə:

Şərhinizi yazın