Menu
Geri İrəli

Özünü qatarın altına atanın meyiti çıxarılır

Müəllif: Sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2015 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur

30712Bakıda bu dəqiqələrdə metronun “28 May” stansiyasında faciə baş verib

“Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: “Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

Hadisə şahidləri bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, intihar edənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib: “Qatarın hərəkəti dayandırılıb. Şəxsin meyiti hazırda reysdən çıxarılır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın