Menu
Geri İrəli

Rüstəm İbrahimbəyovu “kafir” adlandıran sumqayıtlı mollaya Rusiyadan SƏRT CAVAB

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

 

“Moskvada və Moskva ətrafında 3 milyona yaxın azərbaycanlı yaşayır. Hamı ehtiyac üzündən buralarda məskunlaşıb. Amma hansısa üzdəniraq molla bizləri burada yaşadığımıza görə kafir adlandırmaqla böyük səhvə yol verir”. Bu barədə Rusiyada yaşayan 100-dən artıq azərbaycanlının Avropa.info-ya daxil olmuş bəyanatında bildirilir.

Sumqayit cümə məscidinin axundu Hacı Rauf Sərdarovun Rüstəm İbrahimbəyovu “donuz əti yeyən kafir” adlandırmasına cavab olaraq yayılmış bəyanatda daha sonra deyilir: “Bu, biz azərbaycanlıların etirazıdır. Xahiş edirik, xalqı qiyama sürükləməyin.

Molla bu sözləri bizə ünvanlamayıb, konkret olaraq Rüstəm İbrahimbəyov haqqında danışıb. Amma Rusiyada Rüstəm müəllim kimi çoxlu sayda Azərbaycan vətəndaşları yaşayır. Rüstəm müəllim kimi, 3 milyona yaxın azərbaycanlı vətənindən didərgin düşüb. Mollanın Rüstəm İbrahimbəyov haqqında danışdıqları Rusiyada yaşayan azərbaycanlı gəncləri qəzəbləndirib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın