Menu
Geri İrəli

Şəhərimizdə prezidentin göstərişinə niyə əməl olunmur?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2010 • Baxış sayı: 488 dəfə • 9 şərh

2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə prezident İlham Əliyev respublikada ağacların kəsilməsi qadağan olunması ilə bağlı qəti tapşırıq vermişdi. O, həmçinin ekoloji proqramların icrası və yaşıllıq zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı göstəriş də vermişdi. Prezident ağacların kəsilməsinə etiraz olaraq «Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram». Deyə bildirmişdi. Lakin bu günlərdə sumqayitxeber.com saytına şəhərimizdə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı faktları özündə əks etdirən şəkillər daxil olub. Şəhərin sülh küçəsində “Texnikabank” yanındakı çoxsaylı ağacların məhv olunaraq yerində tikinti aparılır. Faktla bağlı araşdırma aparılır. Mövzuya qayıdacağıq.

Facebook Şərhləndirmə:

“Şəhərimizdə prezidentin göstərişinə niyə əməl olunmur?” yazısına 9 cavab

  1. Vusal Memmedov deyir:

    Eyvaz bey, tebrikler – esl reportyor ishi teqdim etmisiniz! Movzunu biz davam etdirerik…

  2. Dünyamalı deyir:

    BELİ, QARŞİYA QOYDUĞUNUZ BU MƏSƏLƏ ƏHALİNİ COX DÜŞÜNDÜR. O ƏRAZİNİN BU VEZİYYETDA OLMAĞINİ BU GÜN AXŞAMCAĞI GÖRMÜŞƏM.
    DÜZÜ COX TƏƏJJÜBLENDİM Kİ, AXI BURA BELA DEYİLDİ DEYƏ DÜŞÜNDÜM. COX HEYİF Kİ,İLLERNƏN BÖYÜDÜLMÜŞ, BƏSLƏDİLMİŞ O BOYDA AĞACLARİ MƏHF EDİBLƏR — KƏSİBLER.
    GÖRƏSƏN AİDİYYATDA OLAN QURUMLAR BUNLARA NİYƏ GÖZ YUMURLAR…ONLAR MƏGƏR VERİLƏN QƏRARLARİ..FƏRMANLARİ BİLMİRLERMİ..

  3. Zaur deyir:

    Ozbawinaligin bariz numunesidir… Pulun var agac nedi adam bawida kes!!!

  4. huseyn deyir:

    prokrorluq iscisinin torpagi olmalidi deyesen o erazi, qoy kessin kimdiye ona toxunan

  5. Hesen deyir:

    Yani prezidentin fermani bu insanlar ucun kecerli deyil?

  6. Feyruz deyir:

    Bu nə vəhşilikdir??? Hayıf o ağaclardan, o gözəllikdən! Əlin qurusun bu ağacların məhvinə hökm verən! Mən bir-iki dəfə yayda o bağda dostlarla istirahət etmişdim. Adı kimi özü cənnət idi. Hər cür ağac və güllər insana xüsusi zövq verirdi. İnanmaq olmur ki, o cür gözəlliyə əl qaldırıb vəhşicəsinə dağıdıblar…

  7. ayaz deyir:

    Sumqayitda agaclarin qirilmasina etiraz edirem…

  8. Canab Maqalov deyir:

    Artiq 5 ildir ki,icra hakimiyyatindan 6 dafa 20 kv eyvan artirmaga icaza almaga calishiram, Y O X deyir.Amma bunlara nadansa icra hakimimiz ha deyir.Kim deyar,niya?????????????

  9. Ramil deyir:

    Bunlara bir son deyilən tapılacaq? Belə də iş olarmı? Məktəbin stadionlarına da bina tikilir dinən yoxdur, Məktəb binası marketə çevrilir dinən yoxdur! Bəlkə dinmək vaxtıdır?

Şərhinizi yazın