Menu
Geri İrəli

Saatları çəkməyi unutmayın

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2013 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

Gecə saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir

Mart ayının 31-i Azərbaycan Respublikasında yay vaxtına keçiləcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 31 mart 2012-ci il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın