Menu
Geri İrəli

Sumqayıt rəhbərliyi 18-ci mikrorayonun sakinləri ilə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2011 • Baxış sayı: 655 dəfə • 1 şərh

Sumqayıtın 18-ci mikrorayonunda şəhər rəhbərliyinin bu yaşayış massivinin əhalisi ilə görüşü olmuşdur. Mikrorayon həyətlərinin birinə yüzlərlə adam toplaşmışdı. Görüşdən əvvəl şəhərin hakimiyyət orqanlarının səyi ilə həyət abadlaşdırılmışdır. Yollara asfat döşənmiş, müasir elektrik fənərləri quraşdırılmış, skamyalar qoyulmuş, ağaclar əkilmişdir. Yas mərasimlərinin keçirilməsi üçün bina əsaslı təmir olunmuşdur. Beşmərtəbəli üç binanın fasadları rənglənmişdir. Nümunəvi vəziyyətə gətirilmiş həyətdə asudə vaxt keçirmək və dincəlmək üçün hər cür şərait yaradılmışdır. Stolüstü oyunlar üçün dörd köşk, süni futbol meydanı, məktəbəqədər yaşlı uşaqlar üçün iki meydança yaradılmışdır. 23 il əvvəl salınmış bu mikrorayonda hazırda 8900 sakin yaşayır.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşü açıq havada keçirilmişdir. Mikrorayon sakinləri qısa müddət ərzində görülən abadlıq işlərinə görə minnətdarlıqlarını bildirmişlər. Onlar növbə ilə açıq mikrofonlara yaxınlarşıb, şəhərin başçısına onları narahat edən suallar vermişlər. Görüşdə şikayətlər, müraciətlər, təklif səslənmiş, konkret məsələlər qaldırılmış, yazılı müraciətlər qəbul olunmuşdur.
Eldar Əzizov görüşə idarə, təşkilat rəhbərləri ilə birlikdə gəldiyi üçün bir çox məsələlər yerincədə operativ surətdə həll edilmiş, vaxt tələb edən məsələlər isə tədbirlər planına salınmışdır.
İri layihə və planlardan söz açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdir ki, çox iş görülməlidir. Bu məqsədlə prioritetlər müəyyən edilməlidir. Sumqayıt keyfiyyətcə yeni səviyyəyə çıxmalı, paytaxt səviyyəsinə yaxınlaşmalı, müasir sənaye mərkəzi olmalıdır. Bu, dövlətimizin başçısı İlham Əliyevin tapşırığıdır.
Qeyd edək ki, hazırda Sumqayıtda məhəllələrin mərhələ-mərhələ abadlaşdırılması işləri aparılır. Şəhərin 10-cu və 13-cü mikrorayonlarında abadlıq işləri artıq başa çatmaq üzrədir. Açıq mikrofon praktikası bundan sonra da davam etdiriləcəkdir. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

“Sumqayıt rəhbərliyi 18-ci mikrorayonun sakinləri ilə görüşdü” yazısına bir cavab

  1. asiman husenli deyir:

    hamisi cefengiyatdir ve Gence bu cur hallarla cox yuxuya verilib.

Şərhinizi yazın