Menu
Geri İrəli

Sumqayıtda 31 mart soyqırımı yad edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

31 mart 2014-cü il tarixdə Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin iştirakı ilə 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı rəsm sərgisi və tədbir keçirilib.

Sərgidə məktəb şagirdləri  tərəfindən soyqırımla bağlı çəkilmiş  müxtəlif şəkillər təqdim olunmuşdur. Daha sonra Heydər Əliyev Mərkəzində 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş film nümayiş olunub.  Tədbirdə soyqırımı ilə bağlı ictimaiyyət adından bəyanat qəbul edilib.

Bəyanatda erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım və etnik təmizləmə  siyasəti qətiyyətlə pislənilmiş, beynəlxalq təşkilatlar erməni vəhşiliyinə qarşı ədalətli mövqe bildirməyə çağırılmışdır.

DSC_0062 DSC_0072 DSC_0124

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın