Menu
Geri İrəli

Sumqayıtda dəhşətli yanğın: FHN ayağa qalxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2013 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində sexlərin yerləşdiyi ərazidə dəhşətli yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Yeni Yaşma yaşayış massivində vətəndaşa məxsus sexdə baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 1200 kv.m olan sexin yanar konstruksiyaları, içərisində olan avadanlıqlar və yumurtalar yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yaxınlıqdakı digər sexləri yanğından mühafizə edib. Yanğın saat 02:13 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın