Menu
Geri İrəli

Sumqayıtda “Parlament seçkilərində fəal olaq!” adlı layihə həyata keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur
Sumqayıtda “Parlament seçkilərində fəal olaq!” adlı layihə həyata keçiriləcək

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi və “Gənclərin Hmrəyliyi” ictimai bilriyinin təşkilatçılığı ilə “Parlament seçkilərində fəal olaq!” adlı layihə həyata keçiriləcək. Layihənin məqsədi ilk dəfə səs verəcək gənclərə seçkilərin təşkili ilə bağlı ətraflı məlumatın verilməsi, seçkilərdə iştirakın hüquq olmaqla yanaşı, vətəndaş məsuliyyəti və borcu olması ideyasının aşılanması, seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı mövcud olan qaydalar haqqında təlim iştirakçılarını maarifləndirməkdir.

Layihə çərçivəsində oktyabr ayında Sumqayıt şəhərində ilk dəfə səs verəcək 300 nəfər gəncin iştirakı ilə təlimlər keçiriləcək. Bununla yanaşı, təlimlərə artıq seçkilərdə ən azı bir dəfə iştirak etmiş şəxslər də cəlb ediləcək və bu iki qrup arasında interaktiv təcrübə mübadiləsi aparılacaq.

Təlimlərdə səsvermə ilə bağlı qanunun tələbləri, seçki komissiyaları, seçkilər zamanı səsvermə otağı, seçki bülleteni, səsvermə qaydası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar şərh ediləcək.

Eyni zamanda, heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə ediləcək, mövzularla bağlı bir sıra sosial çarxlar izləniləcək.

Xüsusi yaddaş vərəqləri hazırlanaraq layihədə iştirak edən gənclər vasitəsi ilə digər gənc seçicilərə də paylanacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın