Menu
Geri İrəli

Sumqayıtda qumarxana aşkarlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2013 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur

Daxili İşlər Nazirliyin saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Hüseyn Nuriyevin “online” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Qumarxanaya baxış zamanı 6 dəst kompüter, 30 ədəd futbol kuponları, 60 manat məbləğində uduşa qoyulmuş pul və digər sənədlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın