Menu
Geri İrəli

Sumqayıtda yanan məktəbdən – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2013 • Baxış sayı: 292 dəfə • 1 şərh

Bu gün saat 16:45 radələrində 7-8-12-ci məhəllələrdə (Birləşmiş məhəllə) Sumqayıt şəhər Fars İngilis Təmayüllü İnternat Məktəbinin yataqxanasında yanğın baş verib. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev “Xəbərlə” yə açıqlamasında üçmərtəbəli yataqxananın I mərtəbəsində başlayan yanğının 150 kvadratmetr ərazini əhatə etdiyini və anbarda olan döşək və stol dəstlərinin yandığını bildirib: “Dərhal çağırış elan edildi və heyət hadisə yerinə cəlb edildi. Yarım saat ərzində yanğın söndürüldü və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb”.

 T. Quliyev yanğının səbəbinin aparılan araşdırmalardan sonra məlum olacağını da sözlərinə əlavə etdi. Qeyd edək ki, sözügedən yataqxanada məcburi köçkünlər məskunlaşıb. xeberle.com

Fotolar: Ömrütay Şükürlüyə məxsusdur

1471833_3666931529908_463388135_n

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda yanan məktəbdən – FOTOLAR” yazısına bir cavab

  1. Rustem deyir:

    Məşədi İbad demişkən nə qədər qoca olsamda min cavana dəyərəm. Bu qoca
    müdür bir cürük qozada dəyməz. Sumqayitda məktəblərdə bazar acilib.

Şərhinizi yazın