Menu
Geri İrəli

Sumqayıtdakı hərbi hissədə yanğın

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2010 • Baxış sayı: 267 dəfə • 1 şərh

Sumqayıt şəhərində hərbi hissədə yanğın olub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 17.00 radələrində Müdafiə Nazirliyinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin avtomobil parkında meydana gələn yanğının qarşısını almaq məqsədi ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının hərbi hissədəki digər tikililərə keçməsini qarşısı alınıb və yanğın söndürülüb. Hazırda yanğın baş verən ərazidə tüstülənmə müşahidə olunur.

Facebook Şərhləndirmə:

“Sumqayıtdakı hərbi hissədə yanğın” yazısına bir cavab

  1. dadas deyir:

    mene de kitab hediye edin

Şərhinizi yazın