Menu
Geri İrəli

Suriyada ölən sumqayıtlılarla bağlı inanılmaz faktlar: onların çoxu qohumdur

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

Son altı ayda Suriyada 9 Sumqayıtın sakini öldürülüb. Sumqayıt şəhər polis idarəsindən Vesti.az-a bildirilib ki, iki gün öncə Suriyada öldürülən 12 mücahidin arasında 1991-ci il təvəllüdlü Rüfət Aşurlu da olub.

 suriya

Rüfət Aşurlu – Dövlət Neft Akademiyasının məzunu olub. Onun kiçik qardaşı “Abu Yəhya Əl-Azəri” ləqəbli Nicat Aşurlu da Suriyada öldürülüb. Beş qardaş olan Aşurlu ailəsinin iki üzvü artıq Suriyada öldürülüb. Hazırda Sumqayıtda olan üç qardaşla danışıqlar aparılıb. Onlar Xəvariclərin təsiri altına düşmədiklərini və Suriyada döyüşməyə getməyəcəklərini bəyan ediblər.

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb. Bunlar “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurulub. Tamerlan Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir. Zahid Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir. O, ali təhsili olmasa da, ərəb dilini mükəmməl bilib.

Suriyada öldürülən Ceyhun Süleyman oğlu və Rüfət Aşurlu “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı dəstənin üzvləridir. Ceyhun Süleyman oğlu bu ilin yanvarında Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimovun bacısının əri olub. 2013-cü ilin yayında Nəcəfin atası Şərur rayonundan övladları – 16 yaşlı İradə, 14 yaşlı – Nəcəf , 10 yaşlı Sara və 5 yaşlı Fatiməni götürərək Suriyaya gedib. Ceyhun Süleyman oğlunun ölümü barədə məlumatı İradə Kərimova verib.

Polis idarəsinə Sumqayıt şəhər sakini Aydın Rais oğlunun Suriyada öldürülməsi ilə bağlı məlumat daxil olub. Aydın Rais oğlu Ceyhun Süleyman oğlunun yeznəsidir.

Suriyada olan Azərbaycanlılar əsasən, Əsəd rejiminə qarşı döyüşən “Ən Nusra Cəbhəsi”, “İraq və Şam İslam Dövləti”, “Ceyş al Muhacirin əl ansar” dəstələri tərəfindən döyüşürlər. 2013-cü ilin sentyabr ayında qətlə yetirilən Nicat Aşurov “Ceyş al Muhacirin əl ansar” dəstəsinin başçısı olub. O, öldürüləndən sonra dəstəyə Aqil adı şəxs başçılıq edir. Polis idarəsindən onun hələ sağ olduğu deyilib.

Hüquq-mühafizə orqanları Suriyada döyüşmək üçün gedən şəxslərin dəqiq sayını açıqlamaqda çətinlik çəkir. Orada öldürülən Sumqayıt sakinlərinin 90 faizi xəvaric təriqətinin üzvüdür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın