Menu
Geri İrəli

Türkiyəli millət vəkilləri Sumqayıtda oldular

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək Türkiyə Böyük Millət Məclisinin üzvləri oktyabrın 9-da  Sumqayıt şəhərində olublar.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Cümüşhane millət vəkili Feramüz Üstün, İstanbul millət vəkili, AK Parti qrup başkan vəkili Belma Satır seçkiləri müşahidə etmək üçün Sumqayıt şəhərində olublar. Səfər zamanı millət vəkilləri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da görüşüblər.

sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayevlə də görüşən millət vəkilləri bir neçə seçki məntəqəsində olduqlarını  və hələ ki, qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

IMG_8942

Facebook Şərhləndirmə:

Şərhinizi yazın