Menu
Geri İrəli

Xocalı üçün 100 min səs yığıldı!

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2013 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the people) bölməsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş petisiya üçün faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə imzatoplama kampaniyası başa çatıb.

Milli.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 100 min nəfər insan Ağ Evin rəsmi saytında yerləşdirilmiş müraciətə imza atıb.

Lazımi səslər toplanıldığına görə, Birləşmiş Ştatlar prezidentinin Xocalı faciəsi ilə bağlı bəyanat verəcəyi və məsələnin Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın