Menu
Geri İrəli

Yanan binada ölənlərin yekun sayı və adları açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 969 dəfə • Şərh yoxdur

11231326_822523844469386_1159998113377359833_nAzadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın nəticəsində ölən və yaralananların sayı dəqiqləşib.

APA TV-nin Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 14 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisə zamanı həlak olan sakinlərdən 11 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev APA-ya bildirib ki, hadisə zamanı ölən şəxslər Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).

Qeyd edək ki, ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar. Dünyasını dəyişənlərdən 5 nəfər azyaşlıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın