Menu
Geri İrəli

Yeni, çox qorxulu xəstəlik yayılır –

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2013 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

Dünya yeni, olduqca təhlükəli və əsl fəlakətə səbəb ola biləcək xəstəliklə üz-üzədir.

Qorxulu virusun ştammları Cənubi Afrikada aşkarlanıb.
Hazırda mövcud olan və ən ağır infeksiyalara qarşı müalicədə effektiv nəticə verən farmakoloji preparatların heç biri bu ölümcül ştamma təsir etmir.
Yeni ştamm bakterial infeksiyadır.

Milli.Az US News-a istinadən bildirir ki, adi antibiotiklərin gücsüz qaldığı, hava ilə yayılan infeksiya ağciyərə düşəndən bir müddət sonra orqanizmdə qızdırma yaradır. Qızdırma sonradan vərəmin ən ağır formalarından birinə çevrilir.
Vərəm virusunun yeni forması olan ştammla bağlı ftiziatrik prosedurlar da heç bir nəticə vermir.

Amerika Terapevtlər Assosiasiyasının dünən yaydığı bəyanatda bildirilir ki, yeni virusa yoluxanların 99 faizi ölür.

ABŞ-ın Xəstəliklərin Yayılmasına Nəzarət və Yoluxucu İnfeksiyaların Qarşısının Alınması Mərkəzinin (Centers for Disease Control and Prevention’s Emerging Infectious Diseases) jurnalında dərc olunmuş məqalədə bildirilir ki, yeni, çox qorxulu vərəm formasının mənbəyi Cənubi Afrika Respublikasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2011-ci ildə dünyada vərəmdən 1,4 milyon insan ölüb. Yeni vərəm virusu isə qurbanların sayını dəfələrlə artıra bilər.

QİÇS/HİV virusunun yayılma miqyasının çox geniş olması ucbatından milyonlarla insanın immun müqaviməti sisteminin çox zəif olduğu Cənubi Afrika Respublikasında yeni, ölümcül xəstəlik ildırım sürəti ilə yayılır.

“Bu ştammı antibiotiklərlə müalicə etmək, dayandırmaq mümkün deyil. Yeni xəstəliyə tutulmuş insanlara baxanda dəhşətə gəlirəm. Onlar gözlərimizin önündə can verib ölürlər. Biz isə çarəsizik”, – Cənubi Afrikadakı klinikalardan birində vərəmin müalicəsi ilə məşğul olan professor Uvistra Naydu deyib.

Naydunun dediyinə görə, yeni xəstəliyin ilkin simptomları Stivens-Conson sindromunu xatırladır.
Virusa yoluxan adamın ağciyərində yeni, çox təhlükəli vərəm ştammları “kök salandan” sonra onun orqanizmində qarşısıalınmaz fəsadlar başlayır.
İki gün sonra xəstə qan qusur, onun gözlərindən də qan gəlir.

Nyu-Yorkda yeni vərəm ştammına yoluxmuş 32 xəstənin 29-u bir neçə gün ərzində ölüb.
Virusun ştammları Peru, Rusiya, Hindistan və s. ölkələrdə də aşkarlanıb.

milli.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın