Menu
Geri İrəli

Aybəniz Haşımovadan sevgililər gününə özəl – ŞEİRLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 1,551 dəfə • 1 şərh
Share Button

1779734_469796026453948_778353942_nAzərbaycanın əməkdar artisti, sevilən ifaçı Aybəniz Haşımova Sevgililər günündə sevənlərini sevindirib.

 

Showlife.Az xəbər verir ki, müğənni illər öncə yazdığı və heç yanda ifa etmədiyi şeirlərini özəl olaraq Showlife.Az-a təqdim edib.

 

 

Aybəniz Haşımovanın şeirlərini təqdim edirik:

Niyə gəldin, niyə sən?

Niyə döndün bu viranə ürəyə,

 

Əldən çıxdı, ömrüm verdim küləyə
Nə deyim, bu çərxi dönmüş fələyə
Niyə gəldin, niyə gəldin, niyə sən?

Qayıtdın ki, bir də geri dönəsən…
Qayıtdın ki, dərdlərimə gülməyə
Necə keçir, sənsiz ömrüm bilməyə
Yoxsa döndün ölmüşü öldürməyə

Niyə gəldin, niyə gəldin, niyə sən
Qayıtdın ki, bir də geri dönəsən…
Bir dayan dur, ilk baharım, ilk yazım
Çox gecikməz sənsiz ömür payızım..
Son şeirim, son bayatım,son yazım
Niyə gəldin, niyə gəldin, niyə sən..
Qayıtdın ki,bir də geri dönəsən…

Mən belə bilməzdim

Bağışla ömrünə, yara olmuşam
Mən belə bilməzdim, belə bilməzdim
Mən olan ürəyə yara vurmuşam
Mən belə bilməzdim,belə bilməzdim.

Körpə arzuların ağarmış saçı,
Ay mənim başımın qırılmış tacı,
Səni unutmağın ölüm əlacı,
Mən belə bilməzdim,belə bilməzdim.

Sevgim ürəyinə dərd olacaqmış,
Acı xatirəylə qovrulacagmış,
İsti göz yaşların göl olacagmış,
Mən belə bilməzdim, belə bilməzdim

Sən məni bagışla, bagışla gülüm
Dəli sevgimizin qara bəxtinə
Mən belə bilməzdim,belə bilməzdim
Sevgim təsəlliymiş,qara bəxtinə
Mən belə bilməzdim,belə bilməzdim.

 

Facebook Şərhləndirmə:
Share Button

“Aybəniz Haşımovadan sevgililər gününə özəl – ŞEİRLƏR” yazısına bir cavab

  1. Rəhman ORXAN deyir:

    Aybəniz xanıma bütün xalqımızın böyük sevgisi var. Vətənpərvər, namuslu-qeyrətli, çox gözəl bir xanım, sevilən, istedadlı bir müğənnidir. Ancaq onun şeir yazmasına ehtiyac yoxdur. O özü bütünlüklə, başdan ayağa poeziyadır. Qoy ona şeirlər yazılsın, onun gözəlliyi vəsf edilsin.
    Mahnı, musiqi olan yerdə şeir həmişə “bir kənara çəkilib”, musiqiyə qulaq asır. Bununla belə yaxşı şeir asan yaramır. Şeir təkcə təkrarlanmış, çeynənmiş qafiyələrdən, primitiv fikirlərdən ibarət deyil. Nizaminin, Nəsiminin, S.Vurğunun, M.Müşfiqin, M.Şəhriyarın, R.Rzanın, B.Vahabzadənin yuxarı başda oturduqları Poeziya Məbədinə adi qafiyə şeirləri ilə daxil olub, “qapı ağzında” qalmaq lazım deyil.
    Aybəniz xanım inciməsin. Onun yazdıqları geniş oxucu kütləsinə təqdim edilə biləcək yazılar deyil. Şairlərimiz bəstəkar və ya müğənni olmaq fikrində, arzusunda deyillərsə, lütfən, müğənnilərimiz, bəstəkarlarımız, rəssamlarımız da qoy şeiri asan bir iş, primitiv qafiyə yığını hesab edib, şair olmaq xəyalına düşməsinlər. Qafiyə tapmaq heç də şeir yazmaq və şair olmaq demək deyil. Aybəniz xanım, Siz səhnədə, oxuyanda gözəlsiniz, sevilirsiniz. Bizə müğənni Aybəniz xanım lazımdır, lüzumsuz qafiyələr qoşan Aybəniz xanım yox və qətiyyən yox! Şeir yazmaqdan daşının. Sizə özünüzün sənət dünyanızda böyük uğurlar və xoşbəxtlik arzulayırıq!
    Sənətinizə və özünüzə böyük hörmət və vurğunluqla: Rəhman ORXAN

Şərhinizi yazın