Menu
Geri İrəli

Cəmiyyətimizin “reket” problemi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2010 • Baxış sayı: 588 dəfə • 2 şərh

ramilYarmadaya dəxli olmayan “Yarmada”

Azərbaycan mətbuatınını son vaxtlar müzakirə etdiyi əsas məsələlərdən də biri “reketçilik” problemdir.  Reketçiliklə məşğul olan bu mətbu orqanlar öz fəaliyyətləri ilə mətbuatımıza kifayət qədər ləkə gətirir, mətbuatın adına yaraşmayan, jurnalistikamıza utanc gətirən hərəkətlər edirlər. Əvvəllər mətbuatın qınağından qorxub kimsə rüşvət almaya çəkinirdisə, və ya ən azı bunu gizlətməyə çalışırdısa indi jurnalistləri rüşvət alan görəndə daha da ürəklənər və cəmiyyətimiz də bu bəladan heç zaman qurtula bilməz. Belə olan təqdirdə rüşvət alan məmurla jurnalist arasında heç bir fərq yoxdur. Hər ikisi cəmiyyətin problemidir və bununla amansız mübarizə aparılmalıdır.  Jurnalistikada “reketçiliyi” sosial-iqtisadi durumun aşagı səviyyədə olması ilə bağlayanlar da az deyil. Müəyyən həqiqətə bağlı düşüncədir. Anca bu vəziyyət “Dördüncü hakimiyyət” təmsilçilərini rüşvət almağa sövq etməməlidir. Nə edək ki, biz bu durumdayıq.

Daha bir səbəb kimi isə jurnalistikaya başqa sahələrdən çoxsaylı insanların gəlməsi göstərilir. Bu sahəyə müəllimlərin, mühəndislərin, həkimlərin gəlməsi danılmaz faktdır. Ancaq bu o demək deyil ki, bu insanlar jurnalistikaya rüşvət almaq üçün üz tutublar.  Məntiqi baxımdan bu düzgün yanaşma deyil. Hazırda elə jurnalistlərimiz var ki, onların müvafiq sahədə təhsili olmasa da, cəmiyyətdə irəlidə gedən qələm sahiblərinə çevriliblər.

Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”na düşən bəzi mətbu orqanları nəzərinizə çatdırmaq istəyirəm:

“Böyük Naxçıvan”, “Dəryaz”, “Gündəm”, “Ədalət uğrunda”, “Media Azərbaycan”, “Yeni dövr”,

“Azərbaycan gəncliyi”, “Jurnalist və qanun”, “Vətən andı”, “Ailə”, “İdeal Azərbaycan”,

“Vətəndaş hüququ”, “İdeal”, “Xüsusi təhqiqat”, “Turan”, “Aydın Azərbaycan”, “Naxçıvan press”,

“Azad press”, “Avrotayms”, “Kadr və tərəqqi”, “Radikal”, “Azadlıq və zaman”, “Kriminal aləm”, “Fakt”, “Fakt-fakt”, “Müstəqil dövlət”, “Müasir Naxçıvan”, “Nurlu səhər”, “Azərbaycan yolu”, “Dünyaya Qarabağ harayı”, “Həftə sonu”, “Xalq vəkili”, “Regionun səsi”, “Yeni Azərbaycan dünyası”, “Molla Nəsrəddin”, “Xronika”, “Həqiqət naminə”, “Qərbi Azərbaycan naminə”, “Bizim respubika”, “Azərbaycan övladı”, “Bakı press”, “Gün”, “Dövlət hüququ”, “Naxçıvanın səsi”, “Yeni olay”, “Mayak”, “Jurnalist P.S.”, “İstintaq”, “Açıq fikir”, “Yeni Azərbaycan bələdiyyəsi”, “Qulp”, “Dövlət qanunları”, “Həqiqət və reallıq”, “Azərbaycan regionları”, “7 gün +”, “Parlamentin sədası”, “Nota”, “Bizim lider”, “Müfəttiş”, “Xalq nəzarəti +”, “Qanun və gerçəklik”, “Maliyyə nəzarəti”, Doğma respublika”, “Reallıq”, “Media və qanun”, “Press inform”, “Korrupsiya və cəmiyyət”, “Qanun və mühakimə”, “Günəşli Azərbaycan”, “Mühakimə”, “Presedent”, “İrəvan press”, “İynə”, “Gün xəbər”, “Azərbaycan reallığı”, “Respublika qanunları”, “Azərbaycan Parlamenti”, “Qanun çərçivəsi”, “Pressinq” və “Son olay

Adııçəkilən mətbu orqanlar jurnalistika davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, qəzet səhifələrində insanların şərəf və ləyaqətini alçaltdıqlarına görə bu siyahıya daxil ediliblər.

Abşeron yarımadasının “Yarımada”sı

Son zamanlar yaşadığım şəhərdə apardığım müşahidələr nəticəsində belə qənaətə gəlmişəm ki, bu siyahıya daha bir qəzetin adını da əlavə etmək lazımdır. Qeyd edim ki, Sumqayıtda “Yarımada” adlı qəzet fəaliyyət göstərir.  Həsən Hüseynlinin baş redaktoru olduğu qəzetin ayda bir dəfə nəşr edilməsi nəzərdə tutlub. Elə düşünməyin ki, mən həmin qəzeti reklam etmək fikrindəyəm.  Bu heç də belə deyil. İndi isə keçək əsas məsələyə. Həmin qəzet reketçilik fəaliyyətilə məşğuldur. Belə ki, qəzet Azərbaycanın müxtəlif regionlarına öz müxbirlərini göndərərək, komromat əldə etmək və bunu qəzetdə dərc etməmək üçün pul yığmaqla məşğuldur.  Məlumunuz olsun ki, qəzet müəyyən miqdarda məbləğ yığdıqdan sonra məhdud sayda çap olunur. Hələ bu harasıdır? Siz dalına qulaq asın. Belə getsə Sumqayıtın yarıdan çoxusu jurnalistə çevriləcək.  Yəqin ki, Sumqayıtda xarici ölkə, eləcə də sovet istehsalı olan maşınların ön şüşələrinin üzərində “PRESS YARIMADA” lövhəciklərini görmüsünüz. Həmin lövhəciklərdə (baş redaktor H. Hüseynlinin imzası, qəzetin adı, Heydər Əliyevin şəkli, avtomobilin nömrəsi və vəsiqə nömrəsi) yer alıb. Bununla yanaşı hərəsinin cibində bir vəsiqə.  Qəzet bunun müqabilində həmin sürücülərdən ayda müəyyən edilmiş məbləğdə pul alır.(Təəssüf edirəm ki, məbləğin qədərini deyə bilməyəcəyəm) Əgər araşdırsan görərsən ki, həmin sürücülərin jurnalistikadan anlayışı belə yoxdur. Yəqin ki, yazılanlarla razılaşmayanlar da olacaq. İstənilən halda bu cür hallar cəmiyyətimizdə mövcuddur. Biz belə neqativ hallarla mübarizə aparmalıyıq.

Qeyd: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Ramil Zeynallı

Facebook Şərhləndirmə:

“Cəmiyyətimizin “reket” problemi” yazısına 2 cavab

  1. imran deyir:

    Afərin!

  2. Vusal M. deyir:

    Ramil,teshekkurler – yarali yerimize toxunmusan. Yeqin xeberin olmamish deyil – bu shenbe senin bizde de – “168 saat”da da bir yazin derc olunub: Virtual alem ve cirkli ucuz oteller

Şərhinizi yazın