Menu
Geri İrəli

DAR DÜŞÜNCƏLİ İNSANLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2010 • Baxış sayı: 477 dəfə • 1 şərh

Düşünə bilənlər düşünə bilməyənlərə düşünməyi öyrətsinlər.

d4d0dfa96989Allahın dünyaya bəxş etdiyi ən mükəmməl varlıq insandır. Bu mükəmməl varlıqları digər canlılardan fərqləndirən əsas xüsusiyyət düşünmə qabiliyyətinin olmasıdır. Amma insan övladı bəzən elə hərəkətlər edir ki, onda düşünmək məfhumunun olmağına belə şübhə edirsən. Dar və zəif düşüncəli insanlara bir neçə misal çəkmək olar.  Məsələn,  Ölkədə doğma  dilini bir kənara qoyub əcnəbi dillərdə danışmağa cəhd edən azərbaycanlılar çoxdur.  Bir insanın öz doğma “ana dili” varsa əgər, niyə görə özgə bir dildə danışmalıdır ki?  Görəsən öz dilinə qarşı biganə yanaşanların məqsədi nədir? Öz dillərini başqa dillərdən aşağı səviyyədəmi görürlər, yoxsa əcnəbi dildə danışıb özlərini müasir göstərmək istəyirlər?  Deyirəm bəlkə utanırlar? Çox düşünsəm də onların bu davranışına başqa səbəb tapa bilmədim.  Əgər öz ana dilindən “utananlar”, və ya dilimiz başqa dillərdən aşağı səviyyəli görənlər varsa, gedib dillərini danışdıqları ölkədə yaşasınlar!  Nə bizim, nə də ana dilimizin başqa dillərdən də heç bir əskiyi yoxdur! Bu ölkənin suyunu içib, çörəyini yeyirsən, bərkə-boşa düşəndə VƏTƏN deyirsənsə, öz ana dilinə hörmət etməli və bu dildə danışmalısan!

Bunlardan başqa bir çox dar düşüncə əlamətlərinə də cəmiyyətimizdə rast gəlinir. Məsələn, “Öz doğma qızını dövlətli övladına vermək istəyində olan analar”, “kasıba ağız əyib, imkanlıyla gəzməyi xoşlayan eyibli qızlar”,  “oğluna arxa-dayaq olan qaynana, qaynata arayanlar”, “fala, falçıya “xoşbəxtlik satıcısı” kimi baxıb, onların ciblərini pulla dolduranlar”, “xaricə ərə getməklə həyatının gözəl olacağını düşünən bəzi qızlar”.

Övladlarını pul tamahı ilə bədbəxt edən valideynlər və pul önündə özlərini alçaldan qızlar etdiyiniz hərəkət barəsində daha dərindən düşünün. Öz xoşbəxtliyinizin açarını pul da axtarmayın.  Pul sadəcə yaşanan həyatı rəngləndirməkdə balaca bir rol oynayır. Pulun bu gün olacağını, sabah isə olmayacağını heç kəs deyə bilməz. Belə insanlar hər şeyin pul omadığın düşünsələr daha yaxşı olar.

Ölkəmizdə  zəif düşüncə tərzinin mövcud olduğu daha acınacaqlı mövzular da var. Məsələn, bəzi gənclərin bir çox pis əməlləri özünə fəxrlə yaraşdırması. Kimlərdir bunlar?  “Qaqaş kayf eləyir” sözünü öz şəninə fəxrlə sığışdıranlar. Narkaman olmağı  yaxşı oğlan tərifi altında görənlər. Bu yolu seçmənin onlara nəsə fərqli sima verəcəyini düşünənlər. Və ya lentə aldığı əxlaqsız videoları başqalarına yayıb özünü sübut etməyə çalışanları da belələrinə qatmaq olar. Televiziyalarda  izlədiklərimiz vasitəsiylə bəzi bizə xas olmayan xüsusiyyətləri tezliklə görüb götürməyi bacarırıq. Buna adicə misal olaraq, izlənən teleserialları qeyd etmək olar. Göstərilən əcnəbi tele-seriallarin baş qəhrəmanlarının adlarını özümüzə fəxrlə yaraşdıra bilirik. Halbuki o qəhrəmanlardan daha da cəsarətli film qəhrəmanlarımız bir zamanlar olub. Adı çəkilən teleserialın bəzi cinayətlərin yaranmasına da zəmin yaratdığını bilirik. O teleserialların çəkildiyi dövlətlərdə bu problemlər tez-tez ələ alınır və qarşısını almaq üçün də əllərindən gələni əsirgəmirlər. Amma bizlərin bu heç vecinə deyil. Heyiflər olsun ki, belə düşüncəsizcə davrananlar az deyil Azərbaycanda!

Digər bir misallar  “Sevirəm deyib, bu ad altında bir çox pislikləri edənləri”, “bir-birinin əlini tutub və bu birliyə sevgi deyənlərin bir çoxunu”, “efirlərdə online sms vasitəsilə özünə sevgili, sirdaş, yoldaş axtaranları” da düşüncəsizlər sırasına qatmaq olar. Sevgi müqəddəs bir duyğudur. Və belə adicə, düşüncəsiz hərəkətlərlə onu isbatlamaq qeyri mümkündür.

Ancaq bizim ölkəmizdə  metrolarda və ya yığıncaq olan yerlərdə “bluetoothla” qız və ya oğlan axtarılır. Sabah bu sərgilədiyimiz hərəkətlərə baxıb utanacağıq. Elə isə niyə bunları bu gün edirik?  Bizlər  düşüncəsiz hərəkətlərimizi davam etdirsək, milli mənəvi sərvətlərimizin hamısını zaman ötdükcə itirəcəyik.

Qısaca Allah düşünə bilən hər bir vətəndaşımızı bütün bəlalardan qorusun. Və düşünə bilməyənlərə də düşüncə dolu ağıl nəsib eləsin.

RAMİL ZEYNALLI

Facebook Şərhləndirmə:

“DAR DÜŞÜNCƏLİ İNSANLAR” yazısına bir cavab

  1. imran deyir:

    “Nədənsə”düşüncəsinin darlığından şikayət edən bir adam görmədim…

Şərhinizi yazın