Menu
Geri İrəli

“Qanun”nəşriyyatı İlham Əliyevə müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur

fca85108d0a1 7e644f2c78c5 050e0a0215b5 7131737e37d4 39462593472e 39462593472e (1) b6c25d3da928 ce9092baaa2a e99a43ff007b

Bu gün “Qanun” nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər.
Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb.
Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasında, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın