Menu
Geri İrəli

Yeni mərhələ…

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 476 dəfə • 2 şərh

Xeyli vaxtdır ki, sumqayitxeber.com üçün müəllif yazısı yazmıram. Bu gündən qərar verdim ki, mütəmadi oalraq sayt üçün müəllif yazıları yazım.

Çünki buna ehtiyac var. Şəhərimizlə bağlı kifayət qədər mövzular var ki, bu məsələlərlə bağlı hər kəs öz fikrini, təklifini irəli sürməlidir, şərh etməlidir. Eləcə də biz jurnalistlər.

Necə ki sosial şəbəkələrdə şəhərimizdə baş verən sosial, iqtisadi, siyasi və digər sahələrlə bağlı mövzulara toxunur, şərhlərimizi yazırıq eləcə də xəbər saytlarında, qəzetlərdə bu mövzualara toxunmalıyıq. Bu problemləri, aktual məsələləri içtimailəşdirməliyik. Birgə, şəbəkə şəklində bu problemləri həll etməliyik.

3 il öncə 2009-cu ildə sumqayitxeber.com saytını da ona görə yaratdıq ki, şəhərimizdə baş verən hadisələri doğru dürüst şəkildə cəmiyyətə çatdıraq, ölkə gündəminə gətirək.

Sevindirici haldır ki, sumqayitxeber.com saytı ölkəmizdə regionda yaradılmış ilk online qəzetdir, xəbər portalıdır. Biz çəkinmədən deyə bilərik ki, tam müstəqil biz mətbu orqanıq. Heç kimdən və heç bir qurumdan asılı deyilik…

Bu saytın yaradılması şəhərimizin 60 illiyinə təsadüf edirdi. Biz də şəhərimiz üçün bu saytı – ilk online qəzeti hədiyyə etdik. Düşündük ki, şəhərimiz üçün nə isə edək.

Bu illər ərzində bir çox problemlərlə rastlaşdıq. Ancaq heç bir zaman həvəsdən düşmədik. Çünki biz bunu könüllü şəkildə etdik, heç bir təmanna və maddi qazanc güdmədən. Sosial bir layihə kimi beynəlxalq təşkilatlardan və ölkədə mövcud donor təşkilatlardan maliyyə yardımı da ala bilərdik, ancaq bunu etmədik. Çünki biz müstəqil fəaliyyət göstərmək istədik…

Bu illər ərzində şəhərimizdə bir çox problemlərin həllinə nail olduq…Bir çox sosial layihələr həyata keçirdik. Bu gün sosial şəbəkələrdə ətrafımızda xeyli sayda şəhər sakinləri var…Xüsusilə də gənclər. Bu çox sevindirici haldır. Çünki gənclər sosiallaşaraq özləri müəyyən layihələr həyata keçirirlər…Bu ənənə artıq formalaşıb və ümidvarıq ki, belə də davam edəcək…

“Sumqayitxeber.com” saytının təsisçisi və baş redaktoru kimi 3 il fəaliyyət göstərdim. Bu illər ərzində yorulmadan digər işlərimlə paralel olaraq bu saytın inkişafını da düşündüm. Ətrafımızda olan və bizi mütəmadi olaraq izləyənlərdən qınayanlar da oldu ki, sayt tez-tez yenilənmir…Heç bir maliyyə dəstəyi olmadan, digər işlərlə paralel olaraq belə bir xəbər saytını təkbaşına işlətmək heç də asan məsələ deyil…

Əminəm ki, sizlər bunun nə qədər çətin iş olduğunu gözəl bilirsiniz…

Bu illər ərzində bizlərə dəstək olanlar da oldu. Heç bir zaman biz bu dəstəkçilərimizi, könüllü olaraq bizə mənəvi və informasiya dəstəyi verən dostlarımızı, şəhər sakinlərini unutmayacağıq…

Xəbər verdiyimiz kimi artıq sumqayitxeber.com saytına baş redaktorluğu istedadlı yazar Səbinə Məmmədova edəcək…

Əminəm ki, yeni baş redaktorumuz Səbinə Məmmədova saytı daha da inkişaf etdirəcək və sizlər sumqayitxeber.com saytını daha da doğma qəbul edəcəksiniz…

Biz birgə şəhərimizlə bağlı hər bir sahənin inkişafına çalışmalıyıq…Biz bacaracağıq, bütün çətinliklərə qatlaşaraq şəhərimizdəki problemlərin həllinə nail oalcağıq

Şəhərimizdəki çatışmazlıqları da birgə aradan qaldıracağıq…

Bu şəhər bizimdir…Biz də bu şəhər üçün çalışmalı və gözəlləşdirməliyik!

Bu gündən saytımız yeni mərhələyə başlayır…Bu yolda hər birimizə uğurlar arzulayıram.

P.S Mən isə medadan getmirəm…Yenə də sumqayitxeber.com saytında təsisçi olaraq qalıram…Biz sizlərlə birgə şəhərimizin inkişafına nail olacağıq! Yeni layihələrlə tezliklə görüşəcəyik…

Facebook Şərhləndirmə:

“Yeni mərhələ…” yazısına 2 cavab

  1. Samir Meherremov deyir:

    Salam. Uğurlar arzulayırıq sizlərə!
    Şəhərimiz üçün çox böyük işlər görürsünüz. Bu gün biz sizin saytınızdan şəhərimizdə baş verən xəbərləri izləyirik.

  2. Sevinc deyir:

    Eyvaz muellim hiss olunur ki semimi fikirlerinizi yazmisiniz. Duz qeyd edirsiniz, biz eger istesek seherimizde cox isler gore bilerik. Nece ki siz kecen il seherimizde gozel teatr ve kino aksiyalari kecirdiniz. Yene de gozleyirik!

Şərhinizi yazın