Menu
Geri İrəli

YUXU

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2011 • Baxış sayı: 591 dəfə • 4 şərh

Qulağına qəribə bir musiqi gəlir… Həzin, lirik, düşündürən. Yox, bu nə Bethovendi, nə Şopendi, nə də ki, Vaqif Mustafazadə. Bu musiqinin bəstəkarı var, amma ifaçısı yoxdu…
Pəncərənin önündə, şüşədən süzülən damlaları sayırdı… 1; 2; 3; 4…bəziləri çox tez süzülüb yoxa çıxır. Həyatında çata bilmədiyi arzular kimi.. .Dəyərini bilmədiyi dəyərlər kimi… Başını pəncərədən azca qırağa çıxarıb dərin bir nəfəs alaraq göyə baxdı… Damlalar bu dəfə də üzünə çilənirdi. Bu musiqinin bəstəkarı sanki ona demək istədiklərini bu damlalar vasitəsilə deyirdi. Bir anlığa gülümsədi, çünki ona deyiləcəkləri anlamışdı… Damlalardan yapışıb səmaya qalxmaq, ordan isə həyatı, yer üzünü, insanları görmək istəyirdi… Əlini uzadıb damlanı tutmaq istəyirdi, ovcumun içində hiss etdiyi damla bir andaca yoxa çıxırdı. Bu bir-iki dəfə təkrarlandı… Görəsən, axı niyə? Damlanınmı gücü çatmır onu qaldırmağa, ya bəstəkarmı istəmir onu görməyi? Axı, o səmanı, fəzanı, onun ənginliklərini görmək istəyirdi… Özünü masmavi bir libasda səmada təssəvvür edirdi. Buludların qoynunda gəzmək, quşlara saatlarca tamaşa etmək, damlaların hardan gəldiyini görmək, ən əsası isə həmin Bəstəkarı görmək istəyirdi… Yox, yox elə də böyük iddiası yox idi. Daha sonra damlalara qarışıb, elə yerə qayıtmaq istəyirdi. Lakin bax belə nurlu, gözəl damla olmaq istəyirdi… Xəfif bir toxunuşla anasının səsini eşidərək, bayaqdan gördüyü yuxudan ayıldı…
- Evdən çıxanda mütləq çətir götür. Çox güclü yağış yağır…
Özündən asılı olmadan tez pəncərəyə baxdı. Bu möcüzə idi… Onun röyası gerçək olmuşdu… Gülümüyərək anasına:
-Bilirəm dedi.

Səbinə Əliyeva

Facebook Şərhləndirmə:

“YUXU” yazısına 4 cavab

  1. Nurane deyir:

    Cox gozel yazidi.Ugurlar!

  2. Qasım deyir:

    Dünyada ən böyük bəstəkar ən böyük şair də elə təbiət özüdür.Küləyin səsi suyun şırıltısı yarpaqların həzin xışıltısı insan qəlbinə bir həzinlik bir xəfiflik gətirir.Yağan yağış damlalarının ritmik melodiyası ən böyük bəstəkarların yazdığı sənət əsərlərindən daha da yüksəkdədir.Dənizin nəriltisi bir təlatümdür.Küləyin uğultusu qəhrəmanlığa səsləyir üsyana çağırır.Haqqı ədaləti tapdayanları qəflət yuxusundan oyadır.Səbinə xanım sənin yağan yağış kimi təbiət hadisəsinə verdiyin rövnəq mənim də bir insan kimi qəlbimi oxşadı.Təbiəti belə qəlbən duymaq onunla qəlbən ünsiyyətdə olmaq hər kəsin istedadi civarında deyil.Belə gözəl əsərlər yazıb yaratmaqla insanlığın əndazəyə sığışmayan mövqeləri qarşısında sədd cəkməyiniz böyük cəsarətdir.Sizə uğurlar arzulayıram.

    Böyük hörmətlə və ehtiramla DƏDƏ Qasım.

  3. Irade deyir:

    Maraqli yazidi,Tebrikler..Mutleq davam edin..

  4. [...] Öncəki yazılar: Müşahidə Müsahibə  Möcüzə  YUXU [...]

Şərhinizi yazın