Menu
Geri İrəli

Avro niyə dəyərsizləşir?- ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2015 • Baxış sayı: 1,151 dəfə • 2 şərh

İqtisadçı ekspert Faiq Nuriyevin avronun dəyərsizləşməsi və bunun  Azərbaycana təsiri ilə bağlı sumqayitxeber.com üçün hazırladığı araşdırmasını təqdim edirik:

faiqSon vaxtlar Avropa Mərkəzi Bankının Avropa Birliyi ölkələrinin iqtisadi problemlərinin aşılması üçün bir sıra tədbirlər planının hazırlanması ilə bağlı bəyanatlar verirdi. Nəhayət  Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi inflyasiyanı canlandırmak və Avro Bölgəsi iqtisadiyyatını dəstəkləmək üçün 2016-ci il sentyabr ayına qədər hər ay 60 milyard avro miqdarında istiqraz alımı gerçəkləştdrəcək açıqlama verdi. Avropa Mərkəzi Bankı eyni zamanda banklara verdiyi uzun müddətli kreditlərin maliyyətinidə azaltdı. Bundan öncə bu siyasət Amerika Mərkəz Bankı tərəfindən həyata keçirilmişdir və keçən ildən başlayaq Amerika Mərkəz Bankı aylıq 85 milyard dollarlıq istiqraz alımlarının tədricən azaldaraq sıxlaşdırıcı proqramı tərcih etdi. Bu da dolların digər ölkə valyutaları qarşısında dəyərlənməsini ortaya qoydu.

Ancaq hal-hazırda Avropa Mərkəzi Bankı yumşaldıcı pul siyasəti həyata keçirərək, Avro Bölgəsi ölkələrinin ixrac potensialının artmasına təşviq etmək və Avro bölgəsi’nin iqtisadi artımına, ixrac potensialını artıraraq nail olmaqdır. Bu gün digər ölkə valyutaları qarşısında dəyər itirən avro eyni zamanda Amerika da diqqətlə izlənilən “istehlakçı qiymət indeksi”, “işsizlik müraciətləri”, “məşğulluq” və “ev qiymətləri”ni diqqətdə saxlayırlar. Çünki bu rəqəmlərin daha sağlam olması və müsbət yöndə inkişaf etməsi Amerika Mərkəzi Bankının (Federal Rezerv Sistemi) ortaya qoyduğu “considerable time”deyilən müddət bitdiyində Amerika Mərkəzi Bankı (Federal Rezerv Sistemi) faiz artımına gedəcəyi yönündə bilgi verməkdədir. Belə vəziyyət isə avro və digər valyutaların daha da dəyərsizləşməsinə səbəb ola bilər.

 Bu vəziyyətin Azərbaycana təsiri necə ola bilər? Bankların portfelində yer alan avro aktivlərin dəyərində azalmaya yol aça bilər, ancaq onuda qeyd edim ki, hal hazırda Azərbaycan da əmanətlərin təxminən 4% avro da yerləşdirilibdir. Düşünsək ki, dollar da yerləşdirilən əmanətlər daha çoxdur o zaman dolların avro qarşısında dəyərlənməsi avro ilə bağlı olan itkinin miqdarında azalmaya səbəb ola bilər, yəni dollar ilə avrodaki itkini müəyyən məbləğdə kompensasiya etmək olar. Digər tərəfdən Azərbaycan Neft Fondu aktivlərində yer alan avroda ifadə olunan aktivlərdə itkilər qaçınılmazdır, ancaq bununda dolların avro qarşısında dəyərlənməsi ilə bir qədər azalacağı ehtimalı var. Bütün bu deyilənləri sadəcə avro və dollardan ibarət olan portfel təsəvvür edərək qısa analiz etmişik. Bu analizdə 100 gün ərzində Azərbaycan manatı’nın dollar və avro ya görə məzənnəsini diqqətə alaraq bir portfel təşkil etdik. Bu portfeli hər birinə bərabər şəkildə 1000 dollar və 1000 avro olmaqla investisiya qoyduq. Təbii bu portfeldə normal paylaşım qaydaları (normal distribution) diqqətə alaraq və etibarlılıq dərəcəsi 0,99 (Normsters(0,99)) olaraq hesablanmışdır. Dollara görə orta dəyər, standart xəta, skewness, kurtosis dəyərləri sırası ilə (0,000, 0,001, -0,0448, 0,1641) olmuşdur. Avro da bu dəyərlər yəni orta dəyər, standart xəta, skewness, kurtosis dəyərləri sırası ilə (-0,0012, 0,0048, -1,5774, 3,7305) olmuşdur. Korelasyon dəyəri 0,02742 və kovaryans isə 1,8976 bərabər olmuşdur. Portfelin bu dəyərləri tapıldıqdan sonra həll proqramı ilə portfeldə diversifikasiyaya getdiyimizdə dollara yatıracağımız tutarın 98%-dən çox olduğunu amma avroya yatıracağımız tutarın 2% dən az olduğunu müəyyənləşdirdik.

avro-dususTəbii bu diversifikasiya 0.99 etibarlılıq dərəcəsi ilə normal paylaşım qaydasını diqqətə alaraq bir gün əldə tutub sabah satmaya cəhd etdiyimizdə bizim maksimum zərərimiz 66 (“portfel VaR-Value at Risk”) dollar olaraq çıxmışdır.Təbii burada fərqli strategiyalar və fərqli diversifikasiya həyata keçirərək bu portfelin zərərini daha da azaltmaq olar, sadəcə bu hesabladığımız dəyər proseduru anlatmaq üçün həyata keçirilmişdir. Əsas olaraq, avro və dollar arasında korelasyon dəyəri (0,02742) onlar arasında pozetiv yönlü bir əlaqənin olduğunu amma bu əlaqənin o qədər də güçlü olmadığını ortaya qoymuşdur.

Təbii son illərdə maliyyə bazarlarında neqativ yönlü aktivlər tapmaq o qədər də asan deyildir, ancaq pozitiv yönlü rəqəmin kiçik çıxması nəticəsində həmin aktivləri portfelə daxil etmək olar. Burda əsas məqsəd avroda orta dəyər və standart xəta dəyərindəki negativ yönlü artımlardır. Digər tərəfdən skewness və kurtosis dəyərləri avro da sırası ilə -1,5774, 3,7305-dir. Bunun mənası isə avro ilə bağlı bazara gələn məlumatlar mənfi olmuşdur və gələn bu məlumatların kurtosis dəyərinə baxsaq şiddətli olduğunu görə bilərik. Bunlar isə Avropa Mərkəz Bankı’nın rəhbərinin son açıqlamaları və avro bölgəsində Yunanıstan problemi və digər avro bölgəsində olan ölkələrin iqtisadi problemlərlə üzləşməsidir.

Dollar da skewness dəyərinin neqativ çıxması və kurtosis dəyərinə baxdığımızda bunun şiddəti o qədər də güçlü deyildir. Təbii burda daha çox pisxoloji təsirlər dollar üzərində bir təpki yaradır. Ancaq hal hazırda neftin qiymətinin düşməsi bu gün üçün deyil, gələcək üçün öz sözün deyə bilər. Çünki, hal hazırda neftdən gələn gəlirlər  bir müddət öncə bağlanmış müqavilələrə görə gerçəkləşir. Gələcəkdə bunun necə olacağını isə zaman göstərəcək.

Avro’nun dəyərsizləşməsini 100 günlük məzənnəyə görə qrafikdə açıq şəkildə görmək mümkündür:

Şəkil: 1

 

Şəkil: 2.

 

Bundan başqa analizin dəyərlərinə də baxdığımızda, avroda dəyərdən düşmə prosesi başlamışdır və bu Avropa Mərkəzi Bankının rəhbərinin açıqlaması ilə daha da sürətlənmişdir. Bu gün avronun dəyər itirməsi Azərbaycana təsiri nə ola bilər deyə baxsaq, bu Avropadan idxal olunan malların sayında artışa səbəb olacaq. Bunun isə həm müsbət həm də mənfi tərəfləri var, xüsusi ilə Avropada istehsal olunan istehsal vasitələrinə tələbi artıra bilərki, bu da bu il kənd təsərrüfatı ili elan edilməsi ilə bağlı olaraq bu sahənin inkişafı üçün lazımi kənd tərəsüffatı üçün istehsal vasitələrini daha ucuz qiymətə almaq imkanı yaradacaq.

 Ancaq bəzi yerli bazarlarda olan və marjinal məhsuldarlığı az olan və ölkə içərisində istehsal olan məhsualların yerli bazarlarda satışınıda azalda bilər, çünki o məhsulları avronun dəyərsizləşməsi nəticəsində idxal etmək daha ucuz qiymətə başa gələcəkdir. Bu da yerli istehsalçılar üçün mənfi fəsadlar yaradacaq. Burada müqayisəli üstünlük nəzəriyyəsini diqqətə alaraq idxal ehtiyacı olan məhsulların idxalının şərtlərini yumşaltmaq və ixrac potensialı olan məhsulların idxalının qarşısını almaq üçün həmin məhsullar üzrə idxal şərtlərini sıxlaşdırmaq vacibdir.

Facebook Şərhləndirmə:

“Avro niyə dəyərsizləşir?- ARAŞDIRMA” yazısına 2 cavab

  1. Azer deyir:

    Meqale ucun tesekkurler Faiq bey. Bezi meqamlarda detallari cox qeyd etseniz de, umumilikde metn professional sekilde yazilib. Bu movzu etrafinda biraz da makroiqtisadi, inflyasiya, işsizlik, monetar siyaset uzerinden arastirma aparib ictimaiyyeti melumatlandirmaniz yerine duserdi.

  2. Faiq deyir:

    Salam. Azer bəy. Minnətdaram oxuyub fikir bildirdiyiniz üçün, doğru buyurursunuz inflasiya və işsizlik rəqəmləri ilə də bağlı araşdırma yerinə düşər amma bir məqamı qeyd etmək istəyirəm ki, inflasiya və işsizlik rəqəmləri bizdə həqiqəti əks etdirmir və ona görə o rəqəmlər ilə doğru analiz ortaya qoymaq bir az çətinlik yaradır. Xüsusən də ekonometrik modellər üzərində işləyəndə o göstəricilər ilə normal nəticələr çıxartmaq çox çətindir.

Şərhinizi yazın