Menu
Geri İrəli

Manat ucuzlaşacaqmı? – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2015 • Baxış sayı: 695 dəfə • Şərh yoxdur

faiqBu gün Bakıda bir neçə nəfərin telefon danışıqları zamanı (təbii ki uca səslə danışdığı üçün eşitməmək mümkün deyildi) qarşı tərəfin manatını dollara çevirməsi ilə bağlı məsləhət aldığını anladım.Məhz bu səbəbdən bununla bağlı yazmağı məsləhət bildim.
Üç gündür Mərkəz Bankı rəhbərinin açıqlaması ilə bağlı yazıların müəyyən bir qismi həqiqətəndə bizdə valyuta bazarı ilə bağlı insanlarda bilgi yetərsizliyinin nə qədər böyük olduğunu və bu bazarın inkişaf etməməsi bununla bağlı qanunların və tənzimləmələrin istənilən səviyyədə olmadığını ortaya qoydu. Maraq doğuran tərəf bəzi sayıtların məlumatlarını facebook da yaradılmış qruplarda “Təcili” və buna bənzər sözlərlə manatın dəyərsizləşməsi ilə bağlı başlıqlar yazılması idi. Valyuta bazarı ilə bağlı yetərli informasiyaya sahib olan çox az sayda şəxslər(dəyərli ekspertlərimiz) var. İnformasiya yetərsizliyi olan şəxslərin bu xəbərə və yazıya psixoloji olaraq tepki verməsi normaldır və bu onların davranışlarına təsir etmə gücü böyükdür. Xüsusi ilə onu qeyd etmək istəyirəm ki, valyuta və maliyyə bazarları inkişaf edən ölkələrdə hüquqi və tənzimləyici qanunlarda məhz bu məqamlar da diqqətdə saxlanılır. Hər hansı bir analiz etmə imkanına sahib olan saytlar analiz sonuçlarını ortaya qoyduqdan sonra xüsusi olaraq “Xəbərdarlıq” kəlməsindən istifadə edərək, siz hər hansı bir investisiya qoyduğunuz zaman təkcə bizim analiz sonuçları ilə kifayətlənməmənizi tövsiyə edirik və sizin investisiya qoyuluşlarınızla bağlı hər hansı bir məsuliyyət daşımırıq kimi ifadələr qeyd olunur.
Təssuf ki, bəzi facebook qrupları və saytlar yerləşdirdiyi məlumatlarda bu kimi məqamlara diqqət etməyibdir.
Qaldıkı manatın dəyərsizləşməsinə düzdür son zamanlar intervensiya xərcləri həddindən çox artdığı üçün buna getməyə gərək olduğunu ortaya qoyur, ancaq düşünmək lazımdır ki, bugün Azərbaycan manatının devalvasiyasının (bir saytda bu məbləğin hətta 40%’ə qədər olacağını oxudum) yumşaq şəkildə olması gerçəkləşsədə, sərt şəkildə bunu etmək bizim üçün acı nəticələri olacağı məlumdur. Neftdən gələr gəlirlərin azalması ilə paralel olaraq ölkəyə girən xarici valyutada azalıbdır və belə vəziyyətdə ədəbiyyatlarda yazıldığı kimi xarici valyutanın ölkəyə gəlməsi üçün xarici investor cəlb etmək lazım olduğunda bunu birbaşa və dolayı investisiya yolu ilə etmək olar. Azərbaycanda bununla bağlı aşağıdakı faktorlara diqqət etmək çox önəmlidir.(xarici valyuta cəlb etmək üçün)
1) Azərbaycanda maliyyə bazarı və birja inkişaf etməyib.
2) İnvestisiya mühiti ilə bağlı hüquqi qanunlar və tənzimləmələr istənilən səviyyədə deyil və.s.
Yəni, bu gün milli valyutamızı xarici valyuta qarşısında dəyərsizləşdirsək və faizlər yüksək olaraq qalsa, nəzəriyyəni diqqətə alsaq xarici inverstor gəlib bizdə birjaya girməyə can atacaq, çünki hədəfi şirkətlərin səhm və istiqrazlarını almaq olacaq, ancaq xarici investor dolayı investisiya adlanan bu istiqamətdən istifadə etməsi üçün şirkətlərin maliyyə şəffaflığını tələb edəcək ki, bugün ki gündə bizdə bu problemlidir.Məhz bu səbəbdən və birjanın inkişaf etməməsi səbəbi ilə bu fikir özünü doğrultmayacaq,(hansi ki birja və maliyyə bazarları inkişaf etdikdə bu yol ilə xarici valyutanı ölkəyə cəlb etmək olar) Digər məsələ birbaşa investisiya ilə bağlıdır ki, xarici investor faizləri azaltsaq və valyutanı investisiya qoyuluşlarına uyğun etsək də investisiya mühitinin yüksək səviyyədə olmasını tərcih edəcək ki, və investisiyalar ilə bağlı hüquqi və tənzimləyici qanunları önə çəkəcək ki, bu da xarici investorun real sektora investisiya üçün gəlməsini əngəlləyən digər faktordur.(hansi ki bu yol daha çox tərcih ediləndir və daha sağlamdır real sektorun inkişafı üçün) Yəni belə vəziyyətdə bu iki məsələnin normal çalışmadığı müddətdə nə dolayı investisiya nə də birbaşa investisiya bizdən qaçacaq ki, bu da ölkəyə xarici valyuta cəlb etmənin bu yollarından vazgeçməmizə səbəb olacaq.
Digər tərəfdən biz avropa ölkələri deyilik ki, istehsal vasitələri istehsal edək və makroiqtisadi dayaqlarımız normal səviyyədə deyil ki, biz manatı ucuzlaşdıraraq ixracı təşviq edə bilək, nə qədər manat ucuzlaşsada, qısa müddətdə ixracda uğur qazanmağımız mümkün deyil, bu sadəcə idxal inflyasiyasına səbəb ola bilər. Çünki bugün evimizə girən malların böyük bir hissəsi texnologiyanın nərdəysə tamamı idxal məhsuludur. belə olan vəziyyətdə manatın sərt devalvasiyası gözləmək doğru olmazdı.
Unutmayaq ki maliyyə siyasətinin qəbul edilməsi uzun müddətli olsada, qanunun iqtisadiyyata təsiri qısa müddətdə olur, pul siyasəti ilə bağlı qanun qısa müddətdə qəbul edilsədə, iqtisadiyyata təsiri uzun müddətli olur, bizdə bu iki qanununda da boşluqların olduğunu nəzərə alsaq, qısa müddətli nəsə gözləmək mümkün deyil, əgər manatla bağlı devalvasiya sərt şəkildə olarsa bu iqtisadiyyatımız üçün böyük zərbə olabilər. manatla bağlı sərt devalvasiyaya gediləcək kimi fikirlər səsləndirmək belə şəraitdə düzgün hesab ediləbilməz.
Onuda qeyd edim ki, dollar ilə manatın məzənnəsi Fevral ayının 15′ində 1$=0,7844, ayın 16′sında 1$=0,7848, ayın 17′sində bu məzənnə 1$=0,7853 ayın 18’ində isə 1$=0,7855 olubdur. Bu rəqəmlərə baxsaq Mərkəz Bankının hal hazır ki, konjokturda nə qədər diqqətli davrandığını görmək mümkündür.
Hesab edirəm ki, son açıqlamadan sonra dollara pisxoloji təzyiq artıbdır və digər tərəfdən bir neçə qrup bu məsələdə daha maraqlı tərəflərdir onlarda süni olaraq bu dəyərsizləşməni artırmağa çalışırlar,(Hansı ki, iqtisadi ədəbiyyatlarında belə halların baş verməsi manipülasyon adlanır və bu qanuna zidd hərəkət olduğu üçün belə addımlar atan şəxslər məsuliyyət daşıyır.Görünür bununla bağlı qanunvericilikdə sıxıntılar mövcuddur) bunun qarşısını almaq üçün daha tutarlı və lazımlı açıqlamalar olmalıdır yoxsa, özü istəmədən belə Mərkəz Bank gözləmədiyi vəziyyətlə qarşılaşa bilər.

Faiq Nuriyev, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın