Menu
Geri İrəli

QƏZET AÇMAQ ÜÇÜN DÖVLƏT RÜSUMU 1000 MANATA QALDIRILIR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2009 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Məclisin müzakirəsinə təklif olunmuş “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərlə bağlı bəyanat verib.

Bəyanatda deyilir: “RATİ hesab edir ki, dəyişikliklərin bir neçəsi söz azadlığını məhdudlaşdırmaq və KİV üzərində hökumət nəzarətini gücləndirmək niyyəti ilə təklif olunub. Qanunun 14-cü bəndinə təklif edilən dəyişikliklərə müvafiq olaraq qanun pozuntularına görə məhkəmə tərəfindən təqsirləndirilən KİV təsisçisi üçün beş il müddətinə yeni KİV təsis etmək qadağan ediləcək”.

Digər narahatlıq 14-cü maddədəki bəndin çıxarılması təklifi ilə bağlıdır. Bənddə göstərilir ki, kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün) ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və başqaları ilə birlikdə yarada bilərlər.

“KİV haqqında” qanunla paralel “Dövlət rüsumu haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur. Bu qanuna edilən təklifdə media yaratmaq üçün dövlət rüsumu kimi 1000 manat təklif olunur. RATİ hesab edir ki, bu, KİV yaratmaq istəyən bir sıra şəxsləri çəkindirən sərt qiymətdir.

 

RATİ Milli Məclisi və hökuməti dəyişiklikləri qəbul etməməyə, əksinə, media qanunvericiliyini liberallaşdırmağa, xüsusilə yayım mediası sahəsində liberal islahatlar aparmağa çağırır.

«Media forum»
Facebook Şərhləndirmə:

Şərhinizi yazın