Menu
Geri İrəli

Zaman üzərində qələbə

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2013 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

 

Saat 8:30 günəş şüaları binaların pəncərələrində və dükanların vitrinlərində bərq vuraraq bu gözəl yay səhərini salamlayırdı. Əlil arabasında oturmuş 20 yaşlı Rizvan, pəncərədən şəhərə tamaşa edə-edə xəyala dalmışdı. Gözü dayanacaqda dayanıb avtobus gözləyən insanlarda olsa da, fikri tamam başqa yerdə idi. Hər bir insanda olduğu kimi onun da arzuları var idi. O, da digər həmyaşıdları kimi institutda oxumaq, futbol oynamaq, iş-güc sahibi olmaq, ailə qurmaq istəyirdi. Həyatın ona bəxş etdiyi gənclik enerjisini xərcləmək üçün vulkan kimi püskürmək, tufan kimi əsib-coşmaq istəyirdi. Azad olmaq istəyirdi Rizvan. Bulvara, dənizə getmək, öz gəncliyini mənalı və səmərəli yaşamaq istəyirdi. Özünü xəyalında gah varlı biznesmen, gah da peşəkar idmançı kimi təsəvvür edirdi. Gah şəxsi villasında dostları ilə əyləncə partisi qururdu, gah da məhşur bir rəssam olub sərgi açırdı xəyalında. Indi də pəncərədən baxa-baxa avtobusda getməyin necə bir hiss olduğunu düşünürdü. Uşaq vaxtından əlil arabasında oturmağa məcbur qalması onu həyatın bir-çox şeylərindən, hətda bu cür sadə şeydən də məhrum eləmişdi. Bu yaşadək atası onu lazım olan hər bir yerə şəxsi maşını ilə apardığından kənar şəxslərlə eyni maşında getmək, həmən insanların dayanacaqlarda bir-birilərini əvəz eləməsi, maşından hansısa təyin edilmiş dayanacaqda düşmək ona yad bir hiss idi və hətda bu barədə düşünmək belə ona qəribə gəlirdi. Xəyalında təzəcə avtobusun içini canlandırmışdı ki anasının səsinə fikirən ayıldı

-          Rizvan, qayğanaq hazırdı. Gəl yeməyini ye

Səhər yeməyini bitirdikən sonra beynində bu gün vaxtını öldürmək üçün görəcəyi işlərin siyahısıını tutmağa başladı. 1.televizorda filmə baxmaq  2.krossvord yazmaq  3.telefonda dost-tanışla danışmaq  3.”plastitation” oynamaq  4.nahar yeməyindən sonra 2 saat yatmaq  5.qonşu oğlanla nərd oynamaq.  Dünən bütün gününü kompyüterlə keçirtmişdi deyə gözləri ağrıdığından bu gün özünə söz vermişdi ki komyüterə yaxın düşməsin. Axşam saat 11-də yerinə uzanıb yatmağa hazırlaşarkən bu günü necə keçirtdiyini düşündü. Bu gün demək olar ki heç darıxmamışdı. Bu günə planlaşdırdığı bütün işləri artıqlaması ilə görə bilmişdi. Dayısıgilin onlara qonaq gəlməsini və şam yeməyindən sonra televizorda maraqlı bir verilişə baxmasını da nəzərə alsaq demək olar ki bu gün vaxtın necə keçib-getdiyini hiss etməmişdi. Onun demək olar ki hər günü belə keçirdi. Hər gün səhər yeməyindən sonra gün ərzində bekar qalmamaq üçün vaxtını necə keçirdəcəyini beynində planlaşdırır və əsasən darıxmamaq üçün ya kompyüterdə oyun oynayır, ya “çat” dostları ilə yazışır, televisorda filmə baxır, krossvord yazır, ya da qonşu oğlanlarla nərd oynayırdı. Öz gələcəyini isə yalnız xəyallarında qurub-yaradırdı. Demək olar ki baxdığı hər bir filmin baş qəhramanına oxşadırdı özünü-öz təsəvvüründə. Qarşılaşdığı hər bir çətinliyi əlilliyin üzərinə yıxırdı. Onun anlayışına görə əgər əliliydisə, deməli heç bir iş görməməliydi. Əgər bu gün heç bir iş görməyib, gününü yalnız boş istirahətlə keçirdirdisə deməli buna haqqı var idi. Axı o əlildidir. Onun düşüncəsi məhs bu cür idi. “Mən əlil bir insanam. Mən nə bacarıram ki ? Mən nə edə bilərəm ki ?”. Onun düşüncəsinə görə bu həyatda onun üzərində heç bir məsuliyyət yox idi. Bəli, Rizvan öz həyatını bu cür qurmuşdu. Öz gələcəyini düşünmədən, niyə bu vəzəyyətdə olduğunu fikirləşmədən, həyatı dərk etmədən, öz gələcəyini yalnız xəyallarında və arzularında yaşadaraq. Düşdüyü vəziyyətdən çıxmaq barədə ümumiyyətlə maraqlanmıdı. Bəli, onun həyatı məhz bu cür idi.

P.S. Təhssüf ki bu gün br-çox əlil insanlarımızda vəziyyət bu cürdür. Bir çoxları tənbəlliyin ucbatından, bəziləri ruh düşgünlüyünə görə, bir çoxları da məlumatsızlıq üzündən-yəni ki nə edəcəklərini bilmədiklərindən bu vəziyyətdə yaşayırlar. Belə bir yaşayış tərzi isə onların onsuz da dar çərçivədə olan həyatlarını daha da məhdudlaşdırır və onları digər insanlardan daha çox asılı vəziyətə salır. Hər bir insanda olduğu kimi fiziki məhdudiyyəti olan insanların da arzuları, gələcək barədə planları, çatmaq istədikləri məqsədləri var. lakin əsas problem bundadır ki hər bir əlil insan öz xəyalında daxili bir dünya quraraq, onun təsiri altında yaşayır və reallıqdan qaçırlar. Bəzi fizik məhdudiyyətli insanlar var ki düşdükləri vəziyyətdən çıxmaq istəyirlər. Lakin, sadəcə istəyirlər. Bunun üçün heç bir cəhd etmirlər. Çoxları bunun üçün infrasukturun olmamasından gileylnir, digərləri maddi vəsaitin azlığını əsas gətirir, bir çoxları da fiziki məhdudiyyətli olduqları üçün heç bir iş görə bilməyəcəklərini düşünürlər. Lakin bütün bunlar əsassız səbəblərdir və bəhanədən başqa bir şey deyildir. Bu işdə valideyinlərin də üzərinə böyük məsuliyyət düşür. Məhs valideyinlər hər bir vasitədən istifadə edərək öz övladlarında ruh yüksəkliyi yaradaraq, onları öz üzərilərində işləməyə həvəsləndirməli və onlara bu yolda bütün varlıqları ilə maddi və mənəvi dəstək olmalıdırlar. Gəlin Rizvanın həyatına nəzər yetirək. O, bu həyatda heç nəyə nail olmamış, heç bir uğur qazanamış, heç bir şey əldə etməmişdir. Ürəyində böyük arzuları olsa da, özünü xəyalında bir sənət sahibi kimi görüb, müəyyən bir səviyyəyə yüksəldiyini təsəvvür etsə də, reallıqda xəyallarını gerçəkləşdirmək üçün, arzularını həyata keçirtməkdən ötrü heç bir şey eləmirdi. Əvəzində onlarla üsul fikirləşirdi ki gününü yola verə bilsin. Darıxmasın, bekarçılığa qalib gəlsin. Hansı ki o nərd oynamağa ayırdığı vaxtda hər hansı bir xarici dil öyrənə bilərdi. Krossvord yazdığı vaxtı idmana sərf edə bilərdi. Hansı ki xarici dil öyrənəndə də, idman edəndə də vaxtdan gedir və darıxmağın nə olduğunu bilmirsən. Hər bir əlil insan bilməlidir ki bekarçılıqdan yaxa qurtarmaq üçün hər hansısa bir boş əyləncəyə həsr etdikləri vaxtı, onların inkşafına köməklik göstərəcək bir şeyə sərf etsələr daha çox xeyir qazanmış olacaqlar. Vaxt isə istənilən işi görəndə keçib gedir. Nərdi oynayıb bitirən kimi hər şey keçmişdə qalır, öyrəndiyin hər hansı bir material isə daimi olaraq səninlədir. Krossvordu yazıb doldurduqdan sonra qazeti büküb bir kənara atırsan, peşə bacarığını artırmaq isə daimi olaraq sənə kömək edəcək. Məhşur bəstəkarlardan biri tələbələrinə skripka dərsi vermək üçün bir tələbənin evindən digərinin evinə gdərkən yolda keçirtdiyi vaxta 2 xarici dil öyrənmişdir. Vaxtınızın qədrini bilin və ondan istifadə etməyə çalşın. Vaxtdan düzgün istifadə etməyi bacarsanız uğur sizinlə olacaq. Elə indi bütün qüvvənizi toplayıb həyatla mübarizəyə başlayın və qalib gələcəyinizdən heç bir şübhəniz olmasın. Bu mübarizədə sizin ən yaxın və etibarlı köməkçiniz isə ”hədəfdəki insan” kitabı ola bilər. bu kitab mübarizənizin hər bir mərhələsində sizə məsləhətçi olmaqla bərabər, çətinliyə düşdüyünüz anlarda da yardımçınız olacaq. Elə indi hədəfə gedən yolda sizin üçün mayak olacaq ”hədəfdəki insan” kitabını əldə edin və uğurun zivəsinə yüksəlin.

SAMİR  İMANOV, xüsusi olaraq “sumqayitxeber.com” üçün

4 avqust, 2013

Sumqayıt şəhəri

1308670759_7122_npadvhover

Facebook Şərhləndirmə:

Şərhinizi yazın