Menu
Geri İrəli

7 ermənini güllələyənlərdən biri azərbaycanlıdı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

basqir

Başqırdıstanın Salavat şəhərində erməniləri güllələyənlərdən biri bu respublikada yaşayan yerli azərbaycanlıdır.

Bu haqda Rusiya erməniləri ittifaqının Başqırdıstan regional şöbəsinin sədri Arkadi Dalaryan məlumat verib.

Onun sözlərinə görə, indiyədək iki nəfər saxlanılıb:

“Səkkiz şübhəli var, onlardan ikisi bilavasitə atəş açıb, qalanlar isə qaçıblar. Hüquq-mühafizə orqanların onların kim olduqlarını bilir”.

Kriminal dram oktyabrın 29-na keçən gecə baş verib. Maskalı naməlum şəxslər Salavat şəhərinin Şimal küçəsindəki avtoservisə gələrək 7 ermənini güllələyiblər.

Avtoservisin sahibi Artur Sərkisyan başından aldığı güllə yarasından mərkəzi şəhər xəstəxanasında ölüb. A.Voskanyan, T. Voskanyan, S.Qriqoryan, M.Malomyan, A.Avetyan və A.Akulyan (hər üçü reanimasiyadadır) müxtəlif xəsarətlər alıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın