Menu
Geri İrəli

“Avropa onlara sığınacaq verməlidir” – Şərh

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

““Avropa onlara sığınacaq verməlidir”  -  Şərh

“Avropada miqrant məsələsinə daha geniş kontektstdə baxmaq lazımdır. Diqqət etsək görərik ki, Avropada məskunlaşmış qeyri-yerli əhali qitənin bir sıra ölkələrinin müstəmləkəyə çevirdiyi dövlətlərdən gəlmə insanlardır. Yəni o yerlər qərblilərin işğalına məruz qalmasaydı, həmin insanların da yəqin ki, Avropaya üz tutmaq kimi fikirləri olmayacaqdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu müstəqil ekspert Əlabbas Məhərrəmov Avropanı təhdid edən miqtant axınınını dəyərləndirərkən deyib. Ə.Məhərrəmov bildirib ki, hazırda Yaxın Şərq ölkələrindən Avropaya miqrant axını Qərbin yürütdüyü bölgədə yürütdüyü dağıdıcı siyasətin nəticəsidir: “Hazırda müşahidə olunan, minlərlə insanın faciəvi ölümünə səbəb olan Avropaya miqrant axını da ABŞ başda olmaqla Qərb ölkələrinin Yaxın Şərqi xarabazara çevirmələrinin nəticəsidir. Miqrantlara “niyə ərəb ölkələrinə yox, Avropaya gedirlər” deyə irad tutanlarla razılaşmaq mümkün deyil. O miqrantların yaşadıqları torpaqların viran qoyulması birbaşa Qərbin xidmətidir. Avropa xaraba qoyduğu ölkələrin vətəndaşlarına sığınacaq vermək məcburiyyətindədir. Əks halda, humanitar fəlakət qaçılmaz olacaq.

Bu məsələ doğrudan da, Azərbaycan üçün də ciddi aktuallıq kəsb edir və prezident İlham Əliyevin son müşavirədə bu mövzuya xüsusi diqqət yetirməsi zərurətdən irəli gəlir. Dövlət başçısı Yaxın Şərqdə, bir sıra postsovet ölkələrində xaricdən idarə olunan ssenarilər əsasında yaranan xaotik durumu geniş və obyektiv dəyərləndirib. Prezidentin bu çərçivədə Azərbaycandakı sabitliyi, bu sabitliyin qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirilən fəaliyyətın davamlı olduğunu da diqətə çatdırıb. Bu fakt beynəlxalq səviyyədə də etiraf olunur. Ötən ayin sonlarında “Fiç Reytingz” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın uzunmüddətli yerli və xarici valyuta üzrə reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb. Bütün bunlar Azərbaycanda sabitliyin real zəmində mövcudluğunu bird aha təsdiqləyir ”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın