Menu
Geri İrəli

Brayza: Mən Sarkisyanın məntiqini anlamıram

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2015 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

D1B81258-D22F-45E7-81FA-26136A1A2395_mw1024_s_n

“Sarkisyanın bəyanatı məni təəccübləndirir”.

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə bəyanatı təəccüb doğurmaya bilməz, çünki İrəvanın bu məsələdəki rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Bu barədə “Vestnik Kavkaz”ın müxbirinə ABŞ Dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri, Tallində Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin direktoruMetyu Brayza bildirib.

“Sarkisyanın bəyanatı məni təəccübləndirir, çünki o, Ermənistanın uzun müddətdir çıxış etdiyi rəsmi mövqeyinə ziddir. Bu mövqe isə belədir: müstəqil “Dağlıq Qarabağ Respublikası” mövcuddur, onunu vətəndaşları öz liderlərini seçirlər; o, öz iqtisadiyyatı və hüquq sahəsini idarə edir, Ermənistan isə onu nə diplomatik, nə də hüquqi baxımdan tanımır”, – deyə, ekspert təəccübünü gizlətmir.

“Prezident Sarkisyanın nə üçün belə danışdığını anlamaq çətindir, ola bilsin, Ermənistan hökuməti öz siyasətini kəskin dəyişib. Lakin siyasətin bu şəkildə dəyişdirilməsi Dağlıq Qarabağın əksər sakinləri, xüsusilə də bu regionun hazırkı siyasi liderlərində böyük təəssüf hissi doğura bilər”, – deyə, M. Brayza qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın