Menu
Geri İrəli

İŞİD-ə qoşulmaq üçün paraşütlə sərhədi keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

post-194161-1372103805

Ərəb əsilli 23 yaşlı İsrail vətəndaşı Nida Saleh İŞİD-ə qoşulmaq üçün paraşütlə Suriya ərazisinə uçub.

O, İzrail ordusunun nəzarət etdiyi Qolan yüksəkliklərini keçərək İŞİD-in tərkibinə daxil olan “Şuhad əl-Yarmuk” terrorçu qruplaşmasına qoşulmağa gedib.

“Biz bilmirik, onu o tərəfdə kimsə gözləyirdi, ya yox. Lakin əgər kimsə paraşütlə yanlış istiqamətdə uçursa, o bunu bilərəkdən edir”, – jurnalistlərə açıqlamasında İsrail ordusunun nümayəndəsi Moti Almoz bildirib. O qeyd edib ki, hərbçilərin məlumatına görə, Saleh oktybarın 25-də uçuşa başlayıb.

CNN isə xəbər verir ki, əvvəlcə hərbçilər vətəndaşın təxliyyə edilməsi üçün geniş miqyaslı əməliyyata başlayıblar, lakin sonr qərara gəliblər ki, sərhəddən qaçış könüllü olub.

İsrailin baş naziri Salehin vətəndaşlıqdan məhrum ediləcəyinə söz verib.

“İsrailin düşmənlərinə qoşulan və İsrailə qarşı döyüşən hər kəs ölkə vətəndaşlığından məhrum ediləcək”, – baş nazir qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın