Menu
Geri İrəli

İslandiya xalqı “Vikinq”ləri belə qarşıladı – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2016 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur

7569170-3x2-700x467

Avropa çempionatının sürpriz üzvü hesab edilən İslandiya millisi ölkədə təmtəraqlı şəkildə qarşılanıb.

Avro-2016 da ¼ finala çıxan İslandiya millisinin üzvlərini ölkədə böyük izdiham qarşılayıb. Paytaxt Reykyavikin mərkəzində on minlərlə islandiyalılar futbolçuları qarşılamaq üçün toplaşıb.

Üstü açıq avtobusda, baraban sədaları altında şəhəri gəzən milli yığmanın oyunçuları sakinləri salamlayıblar.

Qeyd edək ki, İslandiya millisi futbol üzrə Avropa çempionatında ilk dəfə iştirak edirdi. Komanda ¼ finalda Fransa yığmasına 5:2 hesabı ilə uduzsa da, daha əvvəlki oyunlarda İngiltərə və Avstriyanı məğlub edərək yarışdan çıxarmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın