Menu
Geri İrəli

Kərkükdən Türkiyəyə neft ixracı bərpa ediləcək

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2017 • Baxış sayı: 44 dəfə • Şərh yoxdur
Share Button

 

İraqın Nef Nazirliyi Kərkükdən Türkiyəyə neft ixracının bərpasına göstəriş verib. Neft Kürdüstan vilayətindən yan keçərək Türkiyəyə nəql ediləcək.
Bunun səbəbi İraq Kürdüstanının müstəqillik referendumu olub.
Bu, rəsmi Bağdadın son iki gün ərzində Kürdüstanı təcrid etmək səylərinin ikincisidir.
Bazar ertəsi İraqın mərkəzi hökuməti mobil şəbəkələrin Kürdüstanda yerləşən baş qərargahlarının Bağdada köçürülməsinə göstəriş verib.
2014-cü ildə İslam Dövlətinin İraqın şimal və qərb bölgəsini ələ keçirməsindən sonra neft boru kəmərlərinin istiqaməti dəyişdirilib.
İraqın Nef Nazirliyinin bəyanatında deyilir ki, Türkiyəyə neft ixracının bərpası mümkün olduğu qədər tez bir zamanda həyata keçiriləcək.
İraq Kürdüstanı əvvəllər Türkiyəyə nefti özü ibirbaşa ixrac edirdi (“Amerikanın səsi”).
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın