Menu
Geri İrəli

Məsciddə partlayış – 10 ölü, 20 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

pakistan-da-intihar-saldirisi-9-olu-1804086

Pakistanın Bəlucistan əyalətində məscidə hücum olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bəlucistan Daxili İşlər naziri Sarfaraz Bugti açıqlamasında bir nəfər üzərində bomba yerləşdirərək məscidə daxil olduğunu bildirib.

Kvetta şəhərində yerləşən şiə məscidindəki partlayış zamanı 10 nəfər ölüb. Ölənlər arasında 6 nəfərin uşaq olduğu qeyd edilib.

20 nəfərin isə xəsarət aldığı vurğulanıb.

Hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib. Ancaq, partlayışı “Taliban” terror qruplaşmasının etdiyi ehtimal olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın