Menu
Geri İrəli

Məşhur şəhər adlarının qeyri-adi mənaları – MARAQLI

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur
Las-VeqasƏksəriyyət dünyanın məşhur və gözəl şəhərlərində olmağı, orada təhsil alıb və yaşamağı arzulayır. Xüsusən də, modern mədəniyyətin beşiyi olan Avropa şəhərləri özünün parlaqlıq və cazibəsi ilə ər bir azərbaycanlının arzusuna çevrilə biləcək gücdədir.
Görəsən, adlarını az qala, hər gün sadaladığımız, paytaxt olan və olmayan  məşhur şəhərlərin adlarının mənaları nədir?
Sumqayitxeber.com moderator.az bu mövzuda hazırladığı yazını təqdim edir:
Praqa (Çexiya) – yerli çex dilində “prah” iki mənada işlənir: “keçid” və “sürətli, cəld”
Brüssel ( Belçika) – “sığınacaq”, “yerləşmə yeri” anlamındadır.
Vyana (Avstriya) – adı da özünü uyğundur. “Parlaq”, “parıltılı” deməkdir.
Florensiya (İtaliya)- İtaliya gözəlinin adının mənası latınca “çiçək” deməkdir. Doğrudan da çiçək kimi şəhərdir…
Buenos-Ayres (Argentina)- şəhərin adı ispancadır. “Gözəl hava”, “xəfif rüzgar” mənasını verir. Şəhərin adının özünə uyğun olmasını hər halda, orada olanlar daha yaxşı bilər.
Las-Veqas (ABŞ)- “çəmənlik” mənasını verir. Hər halda, ABŞ-ın da göy dollarından başqa, yaşıl çəmənliyi də olmalı…
Şanxay (Çin)- şəhərin adının mənası çincə söz deyil, söz birləşməsini ifadə edir: “dənizin üstündə” deməkdir.
Dubay (BƏƏ) – ərəbcə akasiya çiçəyi deməkdir. Amma bu dəqiqə gözəllikdə və rayihədə akasiyanı da ütələyib.
Seul (Koreya)- şəhərin adı elə təyinatına uyğundu:” paytaxt”, “mərkəz” anlamındadır.
Sinqapur – Bildiyimiz kimi iqtisadiyyatı özündən dəfələrlə böyük olan dövlətin paytaxtı da elə Sinqapur şəhəridir. “Sinqapur” isə “aslan” deməkdir. Dövlət adına uyğun şəkildə irəliləməkdədir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın