Menu
Geri İrəli

NASA fikrini dəyişir: gedəcəyimiz yer qalmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

f238fb1be9bb29b1f4c19b5e8870ca1eAlimlərin “ikinci Yer” adlandırdığı, Günəş sistemindən kənarda yerləşən “Proksima b” planeti barədə fikirlər dəyişib.

ABŞ-ın kosmik tədqiqatlarla məşğul olan NASA mərkəzinin mütəxəssisləri “Proksima b” planetinin Yer canlıları üçün ideal bir məkan ola biləcəyini söyləyirdilər.

İndi isə NASA əməkdaşları ümidlərin puça çıxdığını, “Proksima b”nin həyat üçün yararsız məkana çevrilməkdə olduğunu düşünürlər. Səbəb isə odur ki, bu planet sürətlə su qaynaqlarından və oksigen ehtiyatlarından mərhum olur.

“Proxima b”də tez-tez baş verən elektrik generasiyası nəticəsində ion tullantılarının artması və 2 saatdan bir atmosfer qatına hücum edən günəş fırtınasının güclənməsi artıq bu planetin dözülməz dərəcədə çirkli əraziyə çevrildiyindən xəbər verir.

Novator.az-ın məlumatına görə, NASA əməkdaşı, astrofizik Aleks Qloser məsələ ilə bağlı mediaya açıqlamasında çox ciddi və təhlükəli nəticələr əldə etdiklərini deyib. O, həmçinin bəşəriyyətin ümid yeri ola biləcək “ikinci Yer” planetinin 10 milyon il sonra, bəlkə də daha tez məhv olacağını ehtimal etdiklərini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın