Menu
Geri İrəli

“Rusiyanın Suriya əməliyyatı…” – Kremldən qəza açıqlaması

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

CS4PNRSW4AAmc0q

“Rusiyanın Suriyada apardığı əməliyyatla A321 təyyarəsinin Misirdə qəzaya uğraması ayrı-ayrı məsələlərdir. Bu mövzuda fərziyələr çoxdur, amma onları əlaqələndirmək lazım deyil”.

Belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi çıxış edib.

Dmitriy Peskovun sözlərinə görə, istintaq getdiyi bir vaxtda istənilən qədər fərziyə yürütmək olar: “Bu, o anlama gəlmir ki, yayılan fərziyə işin real durumunu əks etdirir. Əgər istintaq hər hansı məlumata sahib olsa o, ictimaiyyətə təqdim ediləcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın